Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Andrey Kiskaya

04 aprel 2014, 17:55

Hörmətli cənab Kiska,

Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Slovakiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 4 aprel 2014-cü il.