11:42

Kiyevdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Azərbaycan Prezidentinin Kiyevə hazırkı səfərinin və səfər çərçivəsində imzalanacaq sənədlərin əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyi bildirildi. Azərbaycan ilə Ukrayna arasında iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu qeyd edildi.
Dövlət başçıları ikitərəfli və beynəlxalq məsələlərə dair fikir mübadiləsi apardılar.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57