İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etmişdir

27 oktyabr 2010, 22:01
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etmişdir

Prezident İlham Əliyev Həştərxanda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.