Xocavənd Rayon Prokurorluğunun və Bakı şəhəri Pirallahı Rayon Prokurorluğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

04 oktyabr 2013, 21:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Xocavənd Rayon Prokurorluğu yaradılsın.
2. Bakı şəhəri Pirallahı Rayon Prokurorluğu yaradılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Xocavənd Rayon Prokurorluğunun və Bakı şəhəri Pirallahı Rayon Prokurorluğunun yaradılması ilə əlaqədar olaraq həmin qurumların fəaliyyətinin təşkili üçün onların bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədi ilə tədbirlər görsün;
3.2. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2013-cü il.

SƏNƏDLƏR Fərmanlar 09 may 2025
10:56
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...

09 may 2025, 10:56
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:27
Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...

08 may 2025, 16:27