İlham Əliyev Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün açılışında iştirak etmişdir

18 sentyabr 2013, 19:20
İlham Əliyev Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün açılışında iştirak etmişdir.

Son dövrlərdə paytaxtla yanaşı, bölgələrdə də yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu kompleks tədbirlərin nəticəsidir ki, artıq respublika əhəmiyyətli yollarla bərabər həm də rayon və kənddaxili yollar müasir səviyyədə inşa edilir. Dövlət bu məsələyə daim böyük diqqət və qayğı ilə yanaşır. Yeni yolların və körpülərin salınması, mövcud olanların isə əsaslı şəkildə təmir edilməsi respublikada geniş vüsət almışdır. Belə tədbirlərin həyata keçirilməsi ilk növbədə sakinlərin rahatlığını və onların sosial məsələlərinin həllinin diqqət mərkəzində saxlandığını nümayiş etdirir. Bu, həm də dövlətimizin apardığı məqsədyönlü sosial siyasətin respublikanın kəndlərini belə geniş əhatə etdiyini göstərir.

Azərbaycan Prezidenti və xanımı Mehriban Əliyeva əvvəlcə körpünün texniki göstəricilərini, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu üzərində indiyədək təmir olunmuş digər körpülər barədə məlumatları və fotoşəkilləri əks etdirən stendlərə baxdılar.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına və xanımına körpünün əsas parametrləri barədə məlumat verdi.

Bildirildi ki, Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün inşasına 2012-ci ildə başlanılmışdır. 

Təmir işləri qısa müddətdə, həm də yüksək keyfiyyətlə həyata keçirilmişdir. Uzunluğu 136, eni 14,5 metr olan körpüdə dayaqların sayı 6-dır. Körpüdə piyadalar üçün iki metr enində keçidlər salınmışdır. Doqquz ballıq zəlzələyə davamlı olan körpünün orta dayağı dörddirəkli konstruksiya ilə quraşdırılmışdır. Körpü üzərindən keçən 3,6 kilometr uzunluğunda yeni alternativ yol inşa olunmuşdur. Yeni körpünün inşası nəqliyyat vasitələrinin şəhərə daxil olmadan birbaşa Quba-Qusar avtomobil yoluna hərəkəti üçün nəzərdə tutulmuşdur. Bu isə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək baxımından çox əhəmiyyətlidir.

Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28