İlham Əliyev Qubanın Qırmızı qəsəbəsində yeni salınmış Heydər bağında yaradılan şəraitlə tanış olmuşdur

18 sentyabr 2013, 18:10
İlham Əliyev Qubanın Qırmızı qəsəbəsində yeni salınmış Heydər bağında yaradılan şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Qubanın Qırmızı qəsəbəsində yeni salınmış Heydər bağında yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verildi ki, Qırmızı qəsəbədə Heydər bağı Azərbaycanda son dövrlərdə aparılan geniş abadlıq-quruculuq işlərinin bütün bölgələri tam əhatə etməsinin əyani göstəricisidir. Belə istirahət guşələrinin respublikanın ən ucqar qəsəbələrində yaradılması sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu sosial siyasət bu gün respublikanın istənilən bölgəsində öz bəhrəsini verir.

Ən müasir tələblər səviyyəsində salınmış istirahət məkanında xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmışdır. Mərkəzində fəvvarə quraşdırılmış bağın ərazisi 6400 kvadratmetr olmaqla gəzinti hissəsindən və yaşıllıq zolağından ibarətdir. Heydər bağında geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolaqları salınmış, oturacaqlar qoyulmuşdur. Burada balacaların da istirahəti diqqət mərkəzində saxlanılmış, onlar üçün yaradılan guşədə müxtəlif attraksionlar və qurğular quraşdırılmışdır. Bağın ərazisində üçmərtəbəli qonaq evi, kafe, çayxana, ağsaqqallar klubu mövcuddur. Bağ müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur.

Heydər bağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti Qırmızı qəsəbənin sakinləri ilə görüşdü.

Prezident İlham ƏLİYEV çıxış edərək dedi: Sizi ürəkdən salamlayıram. Gözəl park yaradılıbdır. Sizi təbrik edirəm.

Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris SİMANDUYEV: Cənab Prezident, çox sağ olun. Sizin yolunuzu səbirsizliklə gözləyən Qırmızı qəsəbəyə xoş gəlmisiniz, səfa gətirmisiniz. Gələn ayaqlarınız var olsun! Sizin buraya gəlişiniz bizim üçün həmişə toy-bayram olur. Gəlişinizlə bizə sevinc gətirirsiniz. Bu gəlişinizin əks-sədası hələ sonralar eşidiləcəkdir. Siz buraya gələrkən bizə sevinc, xoşbəxtlik bəxş edirsiniz. Başqa ölkələrdə yaşayan dağ yəhudiləri eşidiblər ki, möhtərəm Prezidentimiz Qırmızı qəsəbəyə gələcəkdir. Onlar təntənəli görüşlər keçirəcəklər. Bu təntənəli görüşlərdə Sizin şərəfinizə çoxlu xoş sözlər deyiləcəkdir. Biz bununla fəxr edirik. Biz xoşbəxt adamlarıq ki, Sizin kimi uzaqgörən, xeyirxah, qayğıkeş, humanist bir insan bizim Prezidentimizdir. Siz də xoşbəxtsiniz ki Sizi sevən xalqınız vardır. Bu iki amil bizim respublikanı inkişafa aparır. Bütün qələbələrimizin əsas səbəbini də mən bunda görürəm ki, Sizi xalq sevir, Siz xalqa qayğı göstərirsiniz. Allah-təalanın xoş nəzərləri Sizin üzərinizdən əskik olmasın.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür edirəm, minnətdaram. Dediyiniz kimi, Azərbaycanın uğurlu inkişafını təmin edən xalqla iqtidar arasındakı birlikdir. O ölkələrdə ki, bu birlik var, o ölkələr inkişaf edir. Harada bu, yoxdur, orada problemlər yaşanır.

Bu gün Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır. Bunu əlbəttə ki, ölkə əhalisi də, beynəlxalq ictimaiyyət də görür. Çünki son illər ərzində Azərbaycan kimi iqtisadi cəhətdən inkişaf edən ikinci ölkə yoxdur. Bu iqtisadi inkişaf sadəcə olaraq statistik rəqəmlərlə deyil, görülən işlərlə də ölçülür. Qubanın, Qırmızı qəsəbənin inkişafı göz qabağındadır. Hər rayonda, hər bölgədə quruculuq, inkişaf işləri gedir. Deyə bilərəm ki, rayonlar bir-biriləri ilə rəqabətə çıxır. Rayon sakinləri istəyirlər ki, onların rayonları, şəhərləri, qəsəbələri daha da gözəl, abad olsun. Yəni, bu, sağlam bir yarışdır. Bu yarışın nəticəsində Azərbaycan güclənir, inkişaf edir, möhkəmlənir və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bu ümumi inkişafa öz töhfələrini verirlər.

Dağ yəhudiləri də öz işi, əməyi, Vətənə olan sədaqəti ilə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində çox böyük işlər görmüşlər. Həm burada, həm başqa ölkələrdə yaşayan, amma qəsəbə ilə əlaqəni qırmayan vətəndaşlarımız Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verirlər. Mən hər dəfə Qubada olarkən çalışıram ki, buraya da gəlim, vətəndaşlarla görüşüm. Çalışıram ki, biz burada çatışmayan işləri düzəldək. Bu gün biz Qubanın içməli su layihəsini də açdıq, o cümlədən buraya 24 saat təmiz dağ çayının suyu veriləcəkdir. Qazlaşdırma da gedir, kənd yolları da tikilir, ümumiyyətlə, burada gözəl işlər görülür. Mən görürəm ki, qəsəbənin sakinləri necə böyük sevgi ilə, məhəbbətlə, zövqlə öz qəsəbələrini abadlaşdırırlar. Bu gözəl binalar inkişafın təzahürüdür. Bu qəsəbədən olan vətəndaşlar indi müxtəlif ölkələrdə yaşayırlar, qəsəbəni unutmurlar, gəlirlər belə gözəl yerlər yaradırlar.

Azərbaycan burada yaşayan bütün xalqların vətənidir. Dağ yəhudiləri burada əsrlər boyu yaşayırlar və Azərbaycanın üstünlüyü, o cümlədən bax, bu birlikdədir. Bilirsiniz ki, indi Azərbaycanda vaxtaşırı mötəbər beynəlxalq tədbirlər keçirilir. Humanitar forumlar, sivilizasiyalararası dialoq forumları, dünya dinlərinin nümayəndələrinin, rəhbərlərinin zirvə görüşləri. Hamı, necə deyərlər, bir fikirdədir ki, Azərbaycanda bu sahədə olan işlər ən yüksək zirvədədir. Mən isə həmişə deyirəm ki, bu, bizim həyat tərzimizdir. Əlbəttə, dövlət siyasəti də vardır və məqsədyönlü şəkildə aparılır. Amma, eyni zamanda, cəmiyyətdə də bax, bu əhval-ruhiyyə yaşanır. Bir-birinə, bir-birinin adət-ənənələrinə, dininə, yaşayış tərzinə hörmət xalqımızı, millətimizi, dövlətimizi gücləndirir. Ona görə, mən hər dəfə burada olarkən görürəm ki, işlər yaxşı gedir. Diaqnostika mərkəzi tikilib. Otellər tikilir, turistlərin sayı artır. Bu gün mən baxdım, gözəl Gənclər Mərkəzi tikilmişdir. Bu şəhərin əsas meydanı çox gözəl görkəm almışdır. Çox sağ olun. Sizə cansağlığı, uğurlar arzulayıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12