İlham Əliyev Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdi

18 sentyabr 2013, 16:15
İlham Əliyev Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdi

Prezident İlham Əliyev Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, müasir memarlıq üslubunda inşa olunan bina şəhərin gözəlliyini daha da artırır. Üçmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. 

Diqqətə çatdırıldı ki, Quba Rayon İcra Hakimiyyətinin hazırda yerləşdiyi bina 1959-cu ildə inşa olunmuşdur. Bina təmir olunsa da iş şəraiti üçün əlverişli deyildi. Yeni bina Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində yerləşir.

Binanın inşasına ötən ilin avqustunda başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Tikinti işləri ən yüksək səviyyədə aparılmışdır.

Foyedə ölkəmizin inkişafında böyük xidmətləri olmuş ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, Ümummilli Liderin ictimai-siyasi fəaliyyətini əks etdirən fotolardan ibarət stend quraşdırılmışdır. Burada Ulu Öndərin müxtəlif illərdə Quba rayonuna səfərlərini əks etdirən fotolar xüsusilə böyük maraq doğurur.

Binanın interyeri zövqlə tərtib olunmuşdur. Ümumilikdə binada 35 iş otağı vardır. Geniş otaqlarda hər cür şərait yaradılmışdır.

Ən müasir tələblər səviyyəsində qurulan 250 yerlik akt zalı müasir səs sistemi ilə təchiz olunmuşdur. Burada rayonun ictimai-siyasi həyatı ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi mümkündür. Binada müasir avadanlığın quraşdırıldığı 50 nəfərlik yeməkxana da fəaliyyət göstərir. Binada vətəndaşların qəbulu üçün ayrıca otaq da yaradılmışdır. Burada vətəndaşların qəbulunu operativ və səmərəli həyata keçirmək üçün geniş imkanlar vardır.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış oldular. Mərkəzdə rayonun icra nümayəndəlikləri ilə birbaşa canlı bağlantı yaratmaq mümkündür.

Konfrans zalı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, 25 yerlik zal müasir tələblərə cavab verir.

Memarlıq və tikinti şöbəsində yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə Quba şəhərinin baş planı, rayonun elektron xəritəsi və görülən işlərlə bağlı geniş məlumat verildi.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 12 mart 2025
12:49
Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973...

12 mart 2025, 12:49
SƏNƏDLƏR Sərəncamlar 12 mart 2025
12:46
“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...

12 mart 2025, 12:46
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:18
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                      

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı...

11 mart 2025, 16:18
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:16
“Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21...

11 mart 2025, 16:16
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:14
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr...

11 mart 2025, 16:14
SƏNƏDLƏR Qanunlar 11 mart 2025
16:12
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti...

11 mart 2025, 16:12