Tacikistan Respublikasının Prezidenti Zati-aliləri Cənab Emoməli Rəhmona

07 sentyabr 2013, 17:50

Hörmətli Emoməli Şərifoviç,

Sizi və Sizin şəxsinizdə bütün Tacikistan xalqını milli bayram – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün Tacikistan dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi mexanizmlərin təkmilləşdirilməsi, xalqın rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir.

Əminəm ki, xalqlarımız və ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri bundan sonra da Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsinə şərait yaradacaqdır.

Hörmətli Emoməli Şərifoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Tacikistan xalqına isə sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 6 sentyabr 2013-cü il