İlham Əliyev Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü

14 oktyabr 2010, 12:30
İlham Əliyev Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü

“Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü. 

Prezident İlham ƏLİYEV mingəçevirlilərə müraciətlə dedi:

- Sizi bu gözəl “Kür” Olimpiya İdman Bazasının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bilirsiniz ki, bu bazanın çox böyük tarixi vardır. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə burada çox böyük quruculuq-abadlıq işləri aparılmışdır. Mingəçevir Sovet İttifaqının avarçəkmə mərkəzinə çevrilmişdi. Mingəçevirlilər o illəri yaxşı xatırlayırlar ki, burada müxtəlif yarışlar keçirilmişdir. Demək olar ki, bütün müttəfiq respublikalardan avarçəkənlər gəlmişlər, yəni şəhərin inkişafı üçün bu bazanın çox böyük əhəmiyyəti var idi.

Amma 1980-ci illərin sonlarından başlayaraq ta 1990-cı illərin sonlarına qədər biz, demək olar ki, buradan səmərəli şəkildə istifadə edə bilməmişdik. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində öz torpaqlarını itirmiş vətəndaşlarımız burada məskunlaşmışdılar. Mən 1990-cı illərdə buraya dəfələrlə gəlmiş, vəziyyətlə tanış olmuşdum. O vaxt Milli Olimpiya Komitəsinin prezidenti kimi çox istəyirdim ki, biz buranı yenidən bərpa edək və yüksək səviyyədə baza yaradaq. Ancaq o vaxt imkanlarımız məhdud idi. Biz, ilk növbədə o vaxt burada məskunlaşmış soydaşlarımızı köçürməli idik. Biz buna nail olduq, onları yaxşı şəraitlə təmin etdik. Ondan sonra layihələndirmə işləri aparılmışdır.

Nəhayət, üç il bundan əvvəl bazanın yenidən tikilməsinə başlanmışdır və bu gün həm dünya səviyyəli idman, həm də turizm mərkəzidir. Mən burada yaradılmış bütün obyektlərlə bu gün yaxından tanış oldum. Baxmayaraq burada dəfələrlə olmuşam, bir daha görürəm ki, bu bazada ən yüksək standartlar tətbiq edilib. Gözəl mehmanxana, trenajor zalları, üzgüçülük hovuzu yaradılıb, avarçəkmə üçün lazım olan bütün avadanlıq quraşdırılıb. Bura artıq həm idman, həm də turizm mərkəzidir. Ümid edirəm ki, idmançılarımız, ilk növbədə bu imkanlardan səmərəli istifadə edəcəklər və biz xaricdən də qonaqlar gözləyirik. Mingəçevir beynəlxalq turizm mərkəzinə çevrilməlidir. Buna nail olmaq üçün bütün imkanlar – gözəl təbiət, təmiz hava, iqlim, təbii şərait vardır. İndi yollar da çəkilir. Bakını Mingəçevirlə birləşdirən avtomobil yolu tikilir. Gəncə aeroportu fəaliyyətdədir. Yəni, Mingəçevir bir turizm mərkəzi olmalıdır.

İndi Azərbaycanın müxtəlif yerlərində turizm mərkəzləri yaradılır. Hərəsi öz təbii şəraiti ilə fərqlənir. Həm gözəl dənizimiz, dağlarımız, çaylarımız, bulaqlarımız və həm də bölgədə yaradılan belə gözəl mehmanxana kompleksləri bu prosesi daha da sürətləndirir. Burada idmanla məşğul olmaq üçün, ilk növbədə bütün şərait yaradılıb. Azərbaycanda idmanın avarçəkmə növü öz inkişaf dövrünü yaşayır. Artıq avarçəkənlərimiz dünya və Avropa çempionatlarında yüksək nəticələr qazanırlar, dünya çempionatlarında birinci yerləri tuturlar. Azərbaycan tarixində bu, heç vaxt olmamışdır.

Son illər ərzində avarçəkmədə görülmüş işlər və əslində yaradılmış dönüş Azərbaycanın bu idman növündə də qabaqcıl yerlərə gətirib çıxarılmasına imkan yaradır. Bizim komanda - gənclərimiz, yeniyetmələrimiz - müxtəlif yarışlarda iştirak edirlər. Azərbaycan artıq idman dövlətidir, bunu hamı bilir. Amma idmanın avarçəkmə növü bizdə sovet dövründə də o qədər inkişaf etməmişdir. Bu gün isə görürük ki, Azərbaycanda bu idman növü də inkişaf edir və nəinki infrastruktur, eyni zamanda, idmançıların peşəkarlığı artır. Xaricdən məşqçilər dəvət olunubdur. Əminəm ki, avarçəkənlərimiz gələcək Olimpiya Oyunlarında Azərbaycanı ləyaqətlə təmsil edəcəklər.

O ki qaldı, idmanın inkişafına, bütövlükdə Azərbaycanda idman çox sürətlə inkişaf edir. Biz bu sahədə böyük uğurlara nail ola bilmişik. İdmançılarımız Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında dövlət bayrağımızı göylərə qaldırırlar. Bu, bizdə böyük qürur hissi yaradır. Mən istəyirəm ki, Azərbaycanda bütün idman növləri inkişaf etsin və biz görürük ki, bu nailiyyətlər vardır.

Çox şadam ki, futbolçularımız da nəhayət, uzun fasilədən sonra bizi sevindirdilər. Biz onlara inanırdıq. Komandamız gənc komandadır və çox böyük əzmkarlıq göstərir. Əlbəttə ki, hələ peşəkarlıq üzərində işləmək lazımdır. Ancaq artıq görürük və sevinirik ki, milli komandamız və klublar beynəlxalq yarışlarda ləyaqətli oyun göstərirlər, özlərini çox ləyaqətli aparırlar. Srağagünkü qələbəmiz, əminəm ki, bizi daha da ruhlandıracaqdır. Mən əminəm ki, Azərbaycanda idmanın futbol növü də yüksək zirvələrə çatacaqdır. Buna vaxt və səbir lazımdır. Əminəm ki, bir neçə ildən sonra futbolçularımız hər bir oyunda azarkeşləri sevindirəcəklər.

Bir sözlə, Azərbaycan idman sahəsində dünyada qabaqcıl yerlərdədir. Gənc idmançılarımız, uşaqlarımız, yeniyetmələrimiz yüksək nəticələr göstərirlər. Bu yaxınlarda Sinqapurda gənclər arasında birinci Olimpiya Oyunlarında Azərbaycan inkişaf etmiş ölkələrin sırasında idi. Birinci onluğa daxil olunubdur, bu da tarixi qələbədir. Bu, onu göstərir ki, idmançılarımız artıq uşaqlıq yaşlarından gözəl nəticələr göstərirlər. Ölkədə yaradılmış infrastruktur, hər bir bölgədə olimpiya kompleksləri, trenajor zalları, idmana dövlət tərəfindən göstərilən qayğı və diqqət bu reallıqları təmin edir. İdmanla məşğul olanların səyləri, idmançıların peşəkarlığı, idmana cavabdehlik daşıyan qurumlar, Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir məqsədə xidmət edirlər.

Bu gün, bu gözəl turizm və idman mərkəzinin açılışında bir daha görürəm ki, Azərbaycanın çox böyük imkanı, potensialı vardır. Bu yerləri siz də yaxşı xatırlayırsınız, mən də. Nə gündə idi buralar?! Amma indi buralar gözəl parklar, xiyabanlar olub. Mingəçevir necə gözəlləşib?! Mən keçən il də, ondan əvvəlki illərdə də, 2003-cü ilə qədər də Mingəçevirdə olmuşam. Şəhər tamamilə müasirləşib, gözəlləşib, böyük abadlıq-quruculuq işləri aparılır, xiyabanlar, parklar salınır, binalar təmir olunur. Yəni, Mingəçevir çox müasir, gözəl şəhərə çevrilibdir və bu, məni çox sevindirir. Mən istəyirəm ki, hər bir şəhərimiz öz gözəlliyi ilə seçilsin. Bir daha təkrar edirəm, Mingəçevirin xüsusilə gözəl havası, təbii iqlim şəraiti vardır, eyni zamanda, burada sənaye müəssisələri yaradılır. Artıq Mingəçevir təkcə energetiklər şəhəri deyil, sənaye şəhəridir, mədəniyyət mərkəzidir. Burada şahmat məktəbi, sosial obyektlər, məktəblər yaradılmışdır, yol çəkilir. Bütün bunlar şəhərin inkişafına xidmət göstərəcəkdir.

Mən sizi - burada yaşayanları bu uğurlar münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzulayıram. Demək istəyirəm ki, mən də öz fəaliyyətimdə Mingəçeviri daim diqqətdə saxlayacağam. Şəhərin inkişafı üçün bundan sonra da əlavə tədbirlər görüləcəkdir. Bir daha sizi təbrik edirəm.

X X X

Şəhər sakini Eyyub HƏSƏNOV ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin inkişafındakı xidmətlərindən danışdı. O, şəhər sakinləri adından Prezident İlham Əliyevin Mingəçevirə diqqət və qayğısına görə minnətdarlığını bildirdi.

X X X

Dövlət başçısı şəhər ictimaiyyətinin nümayəndələri, idmançılar və Akademik Avarçəkmə Federasiyasının baş məşqçisi Rudiger Hauffe ilə də görüşdü.
Mehriban xanın mingəçevirli qadınlarla şəkil çəkdirdi.

Prezident İlham Əliyev və xanımı mərasim iştirakçıları ilə xatirə şəkli çəkdirdilər.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2024
12:14
O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                     

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı...

29 aprel 2024, 12:14
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2024
12:12
R.V.Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                                         

Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra...

29 aprel 2024, 12:12
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2024
12:10
“Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1111-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul...

29 aprel 2024, 12:10
SƏNƏDLƏR Qanunlar 29 aprel 2024
12:08
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan...

29 aprel 2024, 12:08
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2024
12:06
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

29 aprel 2024, 12:06
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2024
12:04
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar...

29 aprel 2024, 12:04
SƏNƏDLƏR Qanunlar 29 aprel 2024
12:02
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 15-ci, 16-cı və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan...

29 aprel 2024, 12:02
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2024
12:00
Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 896-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 5 iyun tarixli 878 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 25 noyabr tarixli 38 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 2224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

29 aprel 2024, 12:00