İlham Əliyev Yevlax rayonuna səfərə gəlmişdir

14 oktyabr 2010, 15:00
İlham Əliyev Yevlax rayonuna səfərə gəlmişdir

Prezident İlham Əliyev Mingəçevirə səfərini başa çatdıraraq Yevlax şəhərinə gəlmişdir.

Yevlax respublikamızın ən sürətlə inkişaf edən şəhərlərindən biridir. Yevlax şəhəri son altı ildə tamamilə simasını dəyişmişdir. Hazırda Yevlax rayonu Azərbaycanın mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. Ötən il rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 6,5 dəfə, sənaye məhsulunun həcmi 11,4 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,4 dəfə artmışdır. İstehsal olunan sənaye məhsullarının 47 faizi xarici ölkələrə, o cümlədən İtaliya, İspaniya, Türkiyə, İran, Ukrayna, Rusiya Federasiyası və Gürcüstana ixrac olunur. Rayonda əsas kapitala yönəldilən investisiyalar 971 dəfə artaraq 136,1 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi isə 372 dəfə artaraq 181,6 milyon manat təşkil etmişdir. 2004-cü ildən 2010-cu ilin oktyabrınadək Yevlaxda 7893-ü daimi olmaqla 14 min 700 yeni iş yeri yaradılmışdır.

Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoydular.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin ətrafındakı parkı gəzdilər, Yevlax rayon İcra hakimiyyətinin başçısı Elmar Vəliyev burada aparılan abadlıq və quruculuq işləri barədə məlumat verdi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11