Prezident İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov Prezident İlham Əliyevə Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülmüş, fəvvarələr quraşdırılmış, yaşıllıq salınmışdır.
Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirdi.