İlham Əliyev Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivinə çəkilən qaz xəttinin açılışında iştirak etmişdir

14 oktyabr 2010, 13:50
İlham Əliyev Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivinə çəkilən qaz xəttinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivinə çəkilən qaz xəttinin açılışında iştirak etmişlər.

Dövlət başçısına məlumat verən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirdi ki, “Günəşli” yaşayış massivinə qaz xəttinin çəkilişinə 2008-ci ilin ortalarından başlanmışdır. Magistral qaz xəttinin uzunluğu 7290 poqonmetrdir. Massivdaxili xətlərin uzunluğu isə 30 kilometr təşkil edir.

Bildirildi ki, “Günəşli” yaşayış massivində ümumilikdə 2 min ev vardır və onların hamısının “mavi yanacaq”la təmin olunması nəzərdə tutulur. Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bütün evləri sayğacla təmin etmişdir.

Qeyd olundu ki, əgər 2009-cu ildə Mingəçevir şəhərində əhali kateqoriyasından olan yeni abunəçilərin sayı 680 idisə, 2010-cu ilin 9 ayında bu rəqəm 1655-ə çatmışdır. Bu ilin 9 ayında şəhər üzrə təbii qazdan istifadə edən əhali abunəçilərinin sayı isə 21 min 413 nəfər təşkil etmişdir.

Dövlət başçısı “Günəşli” yaşayış massivinə təbii qazın verilməsini bildirən məşəli alovlandırdı.

Prezident İlham ƏLİYEV massivin sakinlərini təbrik edərək dedi:

- Sizi təbrik edirəm. “Günəşli” massivinə də qaz çəkildi, bu, böyük hadisədir. Bu hadisə münasibətilə sizi təbrik edirəm. Mingəçevirin qaz verilməmiş təkcə bu massivi qalmışdı, burada heç vaxt qaz olmamışdır. Ancaq bu gün biz buna nail olduq. İndi mənə məlumat verildi ki, 2 min abunəçi, 2 min ailə, 2 min ev təsərrüfatı qaz alacaqdır. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.

Bu onu göstərir ki, bizdə aparılan qazlaşdırma siyasəti öz konkret nəticələrini verir. Bizim qaz ehtiyatlarımız çoxdur, təbii ehtiyatlarımız da vardır. Biz indi qazı başqa ölkələrə də ixrac edirik. Belə olan halda, ilk növbədə, Azərbaycan vətəndaşları bu imkanlardan istifadə etməlidirlər. Qarşıya vəzifə qoyulub ki, Azərbaycanda əhalinin, müəssisələrin, yaşayış məntəqələrinin 90 faizi qazlaşdırılsın. Bu, çox böyük göstəricidir. Çünki Azərbaycanda elə ucqar kəndlər var ki, oraya bəlkə də qaz xətti çəkmək o qədər də sərfəli deyildir. Biz oranın enerji problemlərini başqa yolla həll edirik. Ancaq biz əsas yaşayış məntəqələrinə - böyük şəhərlərə, qəsəbələrə, kəndlərə qazın verilməsini təmin edirik.

Dövlət Neft Şirkəti son zamanlar həm Bakıda, həm də bütün rayonlarda böyük qazlaşdırma işləri aparır. Demək olar ki, hər ay hansısa yeni yaşayış məntəqəsinə qaz çəkilir. Köhnə kəmərlər, borular təzələri ilə əvəz olunur, təzyiq normallaşır. Bu işlər onu göstərir ki, Azərbaycanda sosial siyasət çox güclüdür.

Mən qeyd etdim ki, biz təbii qazı başqa ölkələrə də ixrac edirik və ixrac qiyməti daxili qiymətdən ən azı iki dəfə çoxdur. Ancaq bu, bizim üçün sosial məsələdir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları qaz, işıq, su ilə davamlı şəkildə təmin olunsunlar. İşıq problemi Azərbaycanda çoxdan aradan qaldırılıb. Qazlaşdırmanın böyük hissəsi həll olunub. İçməli su, kanalizasiya problemləri isə qalır. Bu problemlər bu il və gələn illərdə bizim üçün əsas problemlərdir. Çalışacağıq ki, Azərbaycanın bütün şəhərləri, bütün rayonları içməli su ilə təmin olunsun, bütün kanalizasiya xətləri tikilsin. Çünki vaxtilə əksər rayonlarımızda kanalizasiya olmamışdır. Bu, böyük vəsait tələb edən məsələlərdir. Ancaq Azərbaycan dövləti bunu edir və edəcək ki, vətəndaşlarımız ildən-ilə daha da yaxşı yaşasınlar.

Mənə deyirlər ki, bu massiv əvvəllər bağlar massivi olubdur. Burada bağlar salınmışdır. Elədir?

SAKİN: Bəli, elədir.

Prezident İlham ƏLİYEV:

Sonra qəsəbəyə çevrilibdir və insanlar uzun illərdir ki, burada yaşayırlar. Azərbaycan dövləti elə etməlidir ki, daha da yaxşı yaşasınlar. İndi qaz veriləndən sonra siz görəcəksiniz ki, bu, insanlara nə qədər əlavə imkanlar yaradır, rahatlıq verir. Həm də ki, bu, çox ucuz enerji növüdür. Bilirsiniz ki, Azərbaycanda bütün bu qiymətlər dövlət tərəfindən tənzimlənir. Biz heç vaxt imkan vermərik ki, bu qiymətlər kiminsə tərəfindən süni şəkildə şişirdilsin. Yəni, dövlət buna nəzarət edir. Biz elə etməliyik, qiymət elə olmalıdır ki, insanların onu ödəməyə maddi imkanları çatsın. İşıq, qaz qonşu ölkələrlə müqayisədə bizdə çox ucuzdur. Belə olan halda, qazdan istifadə etmək iqtisadi cəhətdən də insanlara çox sərf edir.

Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm. Burada Neft Şirkətinin mütəxəssislərini görürəm. Mən iki gün bundan əvvəl Neft Şirkətinin yeni inzibati binasının təməl daşının qoyulması ilə əlaqədar tədbirdə demişdim ki, “Azəriqaz”ı Neft Şirkətinin tabeliyinə verəndən sonra işlər daha da sürətlə getməyə başlamışdır. Bax, bu gün burada təqdim olunan layihələr, bizim bütün planlarımızı bir daha açıq-aydın göstərir.

Azərbaycan daxili tələbatını ödəyib və ödəyəcək, xarici bazarlara çox inamla daxil olur. Biz qonşu ölkələrə qazı ixrac edirik. Baxmayaraq ki, bəzi ölkələrdə qaz hasilatı bizimkindən bir neçə dəfə çoxdur. Ancaq biz həm qazı, həm neft və neft məhsullarını, elektrik enerjisini ixrac edirik. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı düzgün əsaslar üzərində qurulub, güclü dövlət nəzarəti olan tam bazar iqtisadiyyatıdır. Bax, budur bizim yanaşmamız.

Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm.

X X X

Səidə ƏLİYEVA yaşayış massivinin sakinləri adından “Günəşli”yə qaz xəttinin çəkilişinə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.

Sonda xatirə şəkli çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42