İlham Əliyev Ağstafa Peyntbol və Atıcılıq Mərkəzində yaradılmış şəraitlə tanış olmuşdur

05 iyul 2013, 23:05
İlham Əliyev Ağstafa Peyntbol və Atıcılıq Mərkəzində yaradılmış şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Ağstafa Peyntbol və Atıcılıq Mərkəzində yaradılmış şəraitlə tanış olmuşdur.

Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev bildirdi ki, Ağstafa rayonunun Həsənsu çayı sahilində inşa olunan Peyntbol və Atıcılıq Mərkəzində inzibati bina, atıcılıq tirləri, atəş zonaları, təlim mərkəzləri inşa olunmuşdur. Ərazi abadlaşdırılmış, yaşıllıqlar salınmışdır. Burada müasir işıqlandırma sistemi qurulmuş, istirahət üçün hər cür şərait yaradılmışdır.

Diqqətə çatdırıldı ki, 2,6 hektar ərazidə inşa edilmiş mərkəzin inzibati binasının ümumi sahəsi 510 kvadratmetr olmaqla ikimərtəbəlidir. Binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılmışdır.

Qeyd edildi ki, inzibati binada silah və ov ləvazimatları mağazası, həkim məntəqəsi, silah və paltar seçimi, təlimatçılar, xüsusi geyim otaqları və kafe vardır.

Dövlət başçısı həvəskar komandaların şərti döyüşünü izlədi.

Mərkəzdə müşahidə məntəqəsi, rayonda Olimpiya hərəkatının genişləndirilməsi və idmanın kütləviliyinin təmin edilməsi məqsədilə Olimpiya idman növü olan stend atıcılığı və idman ovçuluq atıcılığı meydançası da tikilir. Peyntbol meydançasında süni maneə və taxta evlərin quraşdırılması başa çatmışdır.

Bildirildi ki, mərkəz həm də istirahət və əyləncə məkanı kimi fəaliyyət göstərəcəkdir. Burada idman silahlarından istifadə etməyin xüsusi qaydaları müəyyən edilmişdir. Mərkəz yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində və hərbi xidmətə hazırlıqlarında mühüm rol oynayacaqdır.

Dövlət başçısı peyntbol silahı ilə hədəfə atəş açdı.

Prezident İlham Əliyev oxatanların və stend atıcılarının çıxışlarına baxdı.

Mərkəzin ərazisində Olimpiya yarışlarında tətbiq olunan və bütün texniki inventarlarla təchiz edilmiş sahə də yaradılmışdır.

Prezident İlham Əliyev mərkəzdə görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28
SƏNƏDLƏR Fərmanlar 13 mart 2025
12:26
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

13 mart 2025, 12:26