İlham Əliyev Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

05 iyul 2013, 16:10
İlham Əliyev Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Prezident İlham Əliyevin 2012-ci il 9 aprel tarixli Sərəncamına uyğun olaraq Qovlar qəsəbəsinə şəhər statusu verilmilşdir.

Şəhərin Azadlıq prospekti və Vağzal küçəsi asfalt-betonla örtülmüş, ayırıcı zolaq salınmış, yeni müasir işıqlandırma sistemi quraşdırılmışdır. Prospektin kənarında təbii qaya daşlarından və üzlük tavalardan istifadə olunmaqla dekorativ hasar inşa edilmişdir. Qovlar şəhərinin Vağzal və Şəhriyar küçələrində ictimai binaların, ticarət və xidmət obyektlərinin fasadları müasirləşdirilmiş və yeni layihələr əsasında obyektlər tikilmişdir.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, sahəsi 5 hektar olan Qovlar şəhər mədəniyyət və istirahət parkında istinad divarları tikilmiş və bəzədilmişdir. Səkilərə 1000 kvadratmetrdən artıq tamet və 620 kvadratmetr qranit döşənmişdir. Parkda yeni layihə əsasında inşa edilmiş fəvvarə istirahət məkanına əlavə gözəllik verir. Burada Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsini əbədiləşdirən memorial kompleks daha uyğun yerdə bərpa edilərək ətrafı abadlaşdırılmışdır. İşıqlandırma və suvarma sistemlərinin yenidən qurulduğu parkda qazonlar salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Uşaqların istirahətinin səmərəli təşkili məqsədi ilə attraksionlar və digər əyləncə qurğuları quraşdırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev parkda görülmüş işləri yüksək qiymətləndirdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28
SƏNƏDLƏR Fərmanlar 13 mart 2025
12:26
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

13 mart 2025, 12:26