İlham Əliyev yenidən qurulan Tovuz–Qovlar–Ağbaşlar avtomobil yolunun açılışında iştirak etmişdir

05 iyul 2013, 15:50
İlham Əliyev yenidən qurulan Tovuz–Qovlar–Ağbaşlar avtomobil yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev yenidən qurulan Tovuz–Qovlar–Ağbaşlar avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlət başçısı yolun texniki göstəricilərini, əvvəlki və hazırkı vəziyyətini, eləcə də rayonda görülmüş tikinti-quruculuq işlərini, həmçinin Gənclər Evinin layihəsini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, Prezident İlham Əliyevin “Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2012-ci il 1 may tarixli Sərəncamına əsasən 40 min nəfərin yaşadığı 35 məntəqəni birləşdirən Tovuz–Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisi məqsədilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılmışdır.

Bildirildi ki, ümumi uzunluğu 51 kilometr olan Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisinə 2012-ci ilin oktyabrında başlanmışdır. Sonrakı dövrdə həmin yolun tikintisi davam etdirilərək başa çatdırılması üçün daha 11,5 milyon manat vəsait ayrılmışdır. Yenidənqurma işləri zamanı yol yatağına on minlərlə kubmetr torpaq, qum-çınqıl qarışığı yayılmış, 330 min kvadratmetr asfalt-beton örtük salınmışdır.

Qeyd olundu ki, layihə çərçivəsində Əhmədabad kəndi ərazisində Zəyəm çayı üzərində uzunluğu 62 metr olan üçaşırımlı körpü də tikilmişdir. Bundan başqa, yol boyunca xeyli sayda su keçidləri tikilmiş və təmir olunmuşdur.

Rayonun sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik Tovuz–Qovlar-Ağbaşlar avtomobil yolundan qonşu Gədəbəy rayonunun sakinləri də istifadə edirlər. Yeni yolun turizmin və bütövlükdə rayonun iqtisadiyyatının inkişafı baxımından müstəsna əhəmiyyəti vardır. Belə ki, əlverişli iqlim şəraitinə, təbii meşə örtüyünə və sərin bulaqlarına görə yay mövsümündə əraziyə gələn turistlərin sayı yolun yenidən qurulmasından sonra bir neçə dəfə artmışdır. Gələcəkdə turistlərə yeni xidmətlərin göstərilməsi üçün müvafiq işlər görülür.

Yolun yenidən qurulması layihəsi çərçivəsində yolboyu yaşayış məntəqələrinin girişi və daxili yollarında da xeyli işlər aparılmışdır.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət başçısı görülən işləri yüksək qiymətləndirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28
SƏNƏDLƏR Fərmanlar 13 mart 2025
12:26
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

13 mart 2025, 12:26