02 iyul 2013, 12:50

Şəfiqə Məmmədovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident! 

Azərbaycan mədəniyyətinə diqqətiniz və bu mədəniyyəti yaşadan incəsənət xadimlərinə qayğınız bizi qürurlandırır. Milli teatrımızın 140 illiyi münasibətilə məni “Şərəf” ordeninə layiq gördüyünüz üçün Sizə dərin təşəkkürümü bildirir, sayğı dolu minnətdarlığımı ərz edirəm. Yaradıcılığıma verdiyiniz yüksək qiymət mənim üçün çox dəyərlidir. Mədəniyyətimizə olan münasibətdə ulu öndər Heydər Əliyev ənənələrini yaşatmağınız hər birimizdə sağlam və işıqlı gələcəyə inamı daha da artırır. Biz hələ uzun illər Sizdən bu qayğını görəcəyimizə əminik.

Zati-aliləri, Sizə bir daha təşəkkür edir və Azərbaycanın rifahı naminə apardığınız ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Şəfiqə Məmmədova
Azərbaycan Respublikasının Xalq Artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatı laureatı, professor

Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti 24.