İlham Əliyev Naxçıvan şəhərində Gəmiqaya daş məhsulları kompleksinin açılışında iştirak etmişdir

05 oktyabr 2010, 20:58
İlham Əliyev Naxçıvan şəhərində Gəmiqaya daş məhsulları kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev oktyabrın 5-də Naxçıvan şəhərində Gəmiqaya daş məhsulları kompleksinin açılışında iştirak etmişdir.

Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev əvvəlcə kompleksin ərazisində xammal nümunələrinə baxdı.

Dövlət başçısı açılışı bildirən lenti kəsdi və müəssisə ilə yaxından tanış oldu.

Məlumat verildi ki, tikintisinə 2009-cu ilin ortalarından başlanan Gəmiqaya daş məhsulları kompleksi travertin və mərmər emalı üzrə ixtisaslaşmışdır. Muxtar respublikanın Qarabağlar, Çalxanqala və Yuxarı Buzqov ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşları emal üçün bu kompleksə gətirilir. Ümumi sahəsi 53 min kvadratmetr olan kompleksdə müxtəlif çeşiddə inşaat və məişət məmulatı istehsal ediləcəkdir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, kompleksdə Türkiyə istehsalı olan “SESEMAK” markalı avadanlıq quraşdırılmışdır. Böyük və kiçik ölçülü travertin plitələrdən, əsasən binaların fasadının və həyətyanı sahələrinin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərin hazırlanmasında istifadə olunur. Müəssisənin gündəlik maksimum istehsal gücü 2 min kvadratmetrdir. Yaxın gələcəkdə kompleksdə travertin məhsulları ilə yanaşı, sədəf, mərmər məmulatlarının istehsalı da planlaşdırılır.

Bildirildi ki, kompleksdə 170 nəfərin işləyəcəyi nəzərdə tutulmuşdur. Hər işçiyə orta hesabla 400-450 manat əməkhaqqı veriləcəkdir.

Prezident İlham Əliyev istehsal edilən məhsulların nümunələrinə baxdı.

Dövlət aşçısı kollektivi təbrik etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo