İlham Əliyev 2 nömrəli Sədərək orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir

05 oktyabr 2010, 15:10
İlham Əliyev 2 nömrəli Sədərək orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak etmişdir.

Məktəbin pedaqoji kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, 594 şagird yeri olan 2 nömrəli Sədərək orta məktəbinin binası yeni inşa edilmişdir. Dördmərtəbəli binanın tikintisinə bu ilin mayında başlanılmışdır. Burada 33 sinif otağı vardır. Fənn kabinetləri, o cümlədən hərbi hazırlıq otağı və idman zalı zəruri əyani vəsaitlərlə təmin olunmuşdur. Burada həm də şagirdlərin ixtiyarına iki elektron lövhəli sinif otağı da verilmişdir. Məktəbdə internetə çıxışı olan 31 kompyuter vardır. Kitabxanada 10 min nüsxəyə yaxın ədəbiyyat mühafizə edilir.

Qeyd edildi ki, muxtar respublikanın bütün məktəbləri kompyuterlərlə təmin olunmuşdur. Məktəblərə 2 min 674 kompyuter verilmişdir.

Məktəbin kollektivi adından çıxış edən müəllimə Elmira DADAŞOVA Azərbaycanın bugünkü inkişafında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğuladı. O, bütün bölgələrdə olduğu kimi, Naxçıvanda da yeni təhsil, səhiyyə və digər sosial obyektlərin yaradıldığını dedi. Qeyd etdi ki, bütün bunlar dövlətimizin başçısının xalqa qayğısının bariz nümunəsidir.

Prezident İlham ƏLİYEV məktəbin kollektivini təbrik edərək dedi:

- Bu gözəl fürsətdən istifadə edərək, Azərbaycanın bütün müəllimlərini bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Müəllimlər, doğrudan da çox böyük missiyanı yerinə yetirirlər. Gələcək nəslin tərbiyə edilməsi, bilikli, savadlı olması üçün müəllimlər gecə-gündüz çalışırlar. Mən müəllimlərin əməyini çox yüksək qiymətləndirirəm. Hər bir ölkənin inkişafı üçün müəllimlərin fəaliyyəti başlıca rol oynayır. Çünki ölkə təbii sərvətlərlə zəngin ola bilər, ölkənin digər imkanları, yəni maliyyə imkanları geniş ola bilər. Amma əgər peşəkar kadrlar yoxdursa, intellektual potensial yüksək səviyyədə deyilsə, o ölkələr həmin imkanlardan heç vaxt səmərəli şəkildə istifadə edə bilməyəcəklər. Ona görə biz təbii resurslarımızı insan kapitalına çeviririk.

Bizim siyasətimizin əsas istiqaməti bundan ibarətdir ki, Azərbaycanda insan kapitalına qoyulan sərmayə gündən-günə artsın. Bu yeni orta məktəblərin, ali məktəblərin yaradılması bir məqsədi güdür ki, Azərbaycanda təhsilin səviyyəsi bizi qane edən səviyyəyə qalxsın. Bunu etmək üçün əlbəttə ki, məktəb tikintisi də, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, artırılması da lazımdır. Biz bu məsələlərə iki tərəfdən yanaşırıq. Bu məktəbin tikilməsi özlüyündə gözəl və əlamətdar bir hadisədir. Bu gün mən Naxçıvanda artıq üçüncü məktəbin açılışında iştirak edirəm. İki məktəb Şərur rayonunda, bir məktəb Sədərək rayonunda açılmışdır. Bütün məktəblər gözəl, yaraşıqlı, işıqlı, geniş və ən müasir avadanlıqla təchiz edilmiş məktəblərdir. Burada şagirdlər və müəllimlər üçün bütün şərait yaradılıbdır.

Eyni zamanda, təhsilin keyfiyyətinin artırılması məsələləri bu gün diqqət mərkəzindədir. Biz bu məsələyə çox ciddi yanaşırıq və ümid edirəm ki, yaxın zamanlarda istədiyimizə nail ola biləcəyik. Bununla bərabər, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin, uşaq bağçalarının tikintisi, peşə məktəblərinin yaradılması sürətlə gedir. Bu məqsədlər üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan əlavə vəsait ayrıldı. Halbuki, Azərbaycanda təhsilə ayrılan vəsait büdcə xərclərində ikinci yeri tutur. Birinci yerdə təbii ki, müdafiə, yəni hərbi xərclərdir, ikinci yerdə təhsilə ayrılan xərclərdir. Bu, onu göstərir ki, Azərbaycan dövlətinin siyasəti nədən ibarətdir.

Biz güclü dövlət qururuq, bu dövlətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun zəhməti, yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində bu gün Azərbaycan bu böyük zirvələri fəth etməyə nail olub. Azərbaycanda dövlət quruculuğu məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində başlanmışdır və bu gün Azərbaycan qüdrətli dövlətdir. Biz müasir dövlət qururuq. O dövlət ki, burada bütün insanlar azad, sərbəst, firavan yaşasınlar. Azərbaycanda bütün demokratik azadlıqlar mövcuddur. Azərbaycanda stabillik, ictimai-siyasi asayiş, təhlükəsizlik yüksək səviyyədədir. Əgər statistikaya baxsaq görərik ki, ən az cinayətlər olan yer elə Azərbaycandır. Nəyə görə?! Çünki burada ictimai-siyasi vəziyyət müsbətdir, ab-hava gözəldir. Ölkəmizin hər bir yerində quruculuq, inkişaf prosesləri sürətlə gedir.

Bu gün Sədərək rayonunda gözəl mərkəzi xəstəxananın açılışında iştirak etdim, indi məktəbin açılışında iştirak edirəm. Bu, vacib sosial obyektlərdir, insanlara xidmət edəcəkdir. Biz elə etməliyik ki, hər bir bölgədə bu gözəl təşəbbüslər özünü göstərsin və reallığa çevrilsin. Xüsusilə, Sədərək rayonunda. Çünki siz düşmənlə üz-üzəsiniz. Siz lap sərhəddə yerləşirsiniz. Sədərəklilər, bütün naxçıvanlılar Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuşlar, qan tökmüşlər.

Biz o illəri yaxşı xatırlayırıq və Azərbaycan torpaqları işğal altına düşəndən sonra erməni qəsbkarları, erməni millətçiləri gözlərini Naxçıvana da dikmişdilər, Naxçıvanı da işğal etməyə çalışırdılar. O vaxt ancaq naxçıvanlıların iradəsi və ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində naxçıvanlılar Naxçıvanı qorudular. Düşmənə imkan vermədilər ki, buraya soxulsunlar, düşməni yerinə oturtdular.

Bu gün atəşkəs rejimi şəraitindəyik. Hələ müharibə başa çatmayıb. Müharibənin birinci mərhələsi başa çatıb. Müharibə o vaxt başa çatacaq ki, sülh müqaviləsi bağlanacaq. Sülh müqaviləsi o vaxt bağlana bilər ki, Azərbaycanın işğal olunmuş bütün torpaqları qayıtsın və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Azərbaycan xalqı əsrlər boyu Dağlıq Qarabağda və ətraf bölgələrdə yaşamışdır, yaratmışdır. Bütün tarixi adlar, toponimlər Azərbaycan xalqının adı ilə bağlıdır. Yəni bu bizim torpağımızdır. Bu ədalətsizlik 20 ilə yaxındır ki, davam edir. Ancaq bu, uzun illər bundan sonra davam edə bilməz.

Azərbaycan bu gün istənilən məsələni istənilən yolla həll etməyə qadirdir. Doxsanıncı illərin əvvəllərində bizdə nə ordu, nə rəhbərlik var idi. Satqınlıq göstərilmişdir. Əgər 1993-cü ildə Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlməsəydi, biz daha da böyük bəlalara düçar olardıq. Azərbaycan, ümumiyyətlə parçalanırdı və müstəqilliyimizi itirə bilərdik.

Bu gün Azərbaycan qüdrətli dövlətdir və Ermənistanla müqayisəolunmaz səviyyədədir. Təkcə onu demək kifayətdir ki, iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından 7-8 dəfə böyükdür. Hərbi məsələlərə ayrılan xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Bu müsbət meyillər davam edəcəkdir. İqtisadi inkişaf, siyasi məsələlərin həlli, beynəlxalq hüquq normaları - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Demoqrafik məsələləri götürək. Bu gün Azərbaycanın əhalisi 9 milyondur. Getdikcə sayımız artacaqdır. Elə etməliyik ki, sayımız artsın. Bir neçə ildən sonra əhalimizin sayı 10 milyon olacaqdır.

Yəni təbii proseslər onu göstərir və mən buna şübhə etmirəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək, işğal edilmiş torpaqları azad edəcəkdir. Bu gün işğal altındakı bütün torpaqlarda Azərbaycanın suveren hüquqları bərpa olunacaqdır. O günü biz hamımız hər an öz işimizlə yaxınlaşdırmalıyıq. Azərbaycanın uğurlu inkişafı bizdən asılıdır. Bu gün bu məktəbin və Naxçıvanda digər vacib sosial obyektlərin açılması bizim gücümüzü bir daha göstərir.

Bu gözəl hadisə münasibətilə mən sizə öz ürək sözlərimi demək istədim. Bir də demək istəyirəm ki, bu əlamətdar gündə bütün Azərbaycan müəllimlərini bayram münasibətilə təbrik edirəm. Sizi bir daha bu gözəl məktəbin açılışı münasibətilə təbrik edirəm.

Sonda xatirə şəkli çəkdirildi.

SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:06
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:06
SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:04
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:04
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32