07 iyun 2013, 16:00

Məhərrəm Hüseynov, Məntiq Cəfərov və Mirzə Əliyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Gəncə şəhərinin “İmamzadə” Kompleksinin bərpası ilə əlaqədar işlərin tamamlanması üçün Prezidentin ehtiyat fondundan 4 milyon manat vəsait ayırmağınız Gəncə şəhərinin bütün ziyalıları, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti tərəfindən çox böyük sevinclə qarşılandı. Sizin diqqət və qayğınız sayəsində Gəncə şəhəri sürətlə abadlaşaraq ən gözəl şəhərlər səviyyəsinə qalxır. Bu diqqət və qayğıya görə Sizə ürəkdən təşəkkür edir və ölkəmizin dayanaqlı inkişafı naminə gördüyünüz işlərdə yeni-yeni uğurlar arzulayırıq.

Qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyir və Sizi yenidən Prezident görmək istəyirik.

Hörmətlə,

Məhərrəm Hüseynov, Məntiq Cəfərov, Mirzə Əliyev
Azərbaycan Dövlət Aqrar Universitetinin professorları

Azərbaycan Respublikası, Gəncə şəhəri.