06 iyun 2013, 19:00

Şahmalı Salmanovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Biz - Qalagah kənd sakinləri ümummilli liderimiz Heydər Əliyevin qurub-yaratdığı, azad və müstəqil Azərbaycanda rifah içində yaşamağımıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. İsmayıllının bugünkü mənzərəsinə baxdıqca, kəndimizə, uşaqlarımızın təhsilinə göstərilən qayğını duyduqca bir daha yəqin edirik ki, sabahkı xoşbəxtliyimiz də, gələcək yüksəlişimiz də Sizin adınızla bağlıdır.

Beynəlxalq miqyasda söz sahibi etdiyiniz Azərbaycanın mirvarisi olan İsmayıllı rayonunun Qalagah kəndinin sakinləri bu səmimi, xoş arzuları ünvanınıza sevinərək, şərəf duyaraq göndərir, Sizə möhkəm cansağlığı, milli maraqlarımızın müdafiəsi işində böyük uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Qalagah kənd sakinləri adından

Salmanov Şahmalı Qoşunalı oğlu, Ağsaqqallar Şurasının sədri

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qalagah kəndi.