İlham Əliyev Vyana şəhər meriyasında olmuşdur

13 may 2013, 22:20
İlham Əliyev Vyana şəhər meriyasında olmuşdur

Avstriya Respublikasında rəsmi səfərdə olan Prezident İlham Əliyev Vyana şəhərinin meri Mixael Höypl ilə görüşmüşdür.

Mer Mixael HÖYPL dedi:

- Cənab Prezident,

Hörmətli qonaqlar.

Vyana Şəhər Şurasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi salamlamaqdan məmnunam. Vyananın paytaxtına xoş gəlmisiniz.

Vyana mədəniyyət şəhəri kimi tanınır. Burada həm müasir, həm tarixi binalar vardır. Konsert zallarını və muzeyləri seyr edərkən bunun haradan qaynaqlandığını hər kəs dərhal anlayır.

Vyana, həmçinin müasir inkişaf edən şəhərdir. Bu şəhər mədəniyyətlərarası dialoq şəhəridir. Vyananın Nyu-York və Cenevrə ilə yanaşı, BMT-nin mühüm qurumlarının yerləşdiyi məkan olması faktı onun xüsusi funksiyalarının və rolunun bütün dünyada tanınmasına dəlalət edir. Vyanada bir çox beynəlxalq təşkilatların baş qərargahları yerləşir.

Biz mədəni və dini toqquşmalarda mədəniyyətlərarası təmaslara və dialoqa sadiqliyimizdən böyük qürur hissi duyuruq. Vyana dialoq, görüş üçün platformadır. Burada hamı siyasi və diplomatik həll variantlarının bir araya gəlməsinə inanır. Bu, tarixi ənənələrə və keçmişimizə əsaslanır.

Ötən il Vyana ilə Bakı arasında daha intensiv təmaslar baş tutmuşdur. Həmin vaxt Bakıda Vyana balı keçirilmişdir. Bu, Dunay çayının sahilində yerləşən şəhərin Azərbaycan paytaxtını musiqi ilə salamlamağına bənzəyirdi.

2011-ci ilin sonunda rəsmilərdən və iş adamlarından ibarət yüksək rütbəli nümayəndə heyəti Bakıya səfər etmişdir və onlar Vyananın təchiz edəcəyi nou-hauya böyük marağın şahidi oldular. Bu, nəqliyyat hərəkatının və daşımaların planlaşdırılması və idarəçilik kimi şəhər texnologiyaları, alternativ enerji mənbələri, tullantıların işlənilməsi, mədəniyyət və turizm obyektlərinin istismarı sahəsində yeniliklər ola bilər.

Azərbaycanın da Vyanada iştirakı yüksələn xətlə artır. Bu halda məşhur və xalq tərəfindən sevilən vyanalı memarımız Hans Mozanın paytaxtın 13-cü dairəsindəki keçmiş villasında Azərbaycan səfirliyinin yerləşməsi faktını misal kimi gətirmək olar.

Əmin ola bilərsiniz ki, vyanalılar buna çox diqqətlə yanaşırlar.

Cənab Prezident, Vyanaya gəlməyinizdən və şəhərimizin qızıl kitabını imzalayacağınızdan olduqca məmnunam. Çünki bu, xalqlarımız arasında olan qarşılıqlı hörmətin təzahürüdür. Vyanaya xoş gəlmisiniz və Avstriyada səfərinizə uğurlar arzulayırıq.

X X X 

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Hörmətli mer, hörmətli dostlar.

İlk öncə, mən Şəhər Şurasına dəvətə və Sizinlə görüşmək imkanına görə təşəkkürümü bildirmək istəyirəm.

Bu gün mən gözəl ölkənizə ilk rəsmi səfərimi həyata keçirirəm. Prezident və Baş nazirlə çox yaxşı müzakirələrimiz olmuşdur.

Biz ikitərəfli dostluq münasibətlərimizi geniş şəkildə nəzərdən keçirdik. Gələcək əməkdaşlıq üçün bir çox geniş perspektivlər müəyyən edildi. Avstriya ilə Azərbaycan əsl dost və tərəfdaşdırlar. Bu gün iki Prezidentin imzaladığı siyasi bəyannamə Dostluq və Tərəfdaşlıq Bəyannaməsi adlanır. Bir sözlə, bu, münasibətlərimizin mahiyyətini əks etdirir. Əlbəttə ki, Şəhər Şurasına ziyarət etmək fürsəti böyük şərəfdir.

Əminəm ki, ölkələrimiz arasında təmaslar yerli bələdiyyələr səviyyəsində inkişaf edəcəkdir. Bizim bu sahədə çox müsbət təcrübəmiz vardır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Stiriya əyaləti arasında, Sumqayıt və Lints şəhərləri arasında tərəfdaşlıq vardır. Bunlar qardaşlaşmış məkanlardır.

Ümidvarıq ki, günlərin birində Bakı ilə Vyana daha geniş əməkdaşlığa başlayacaqdır. Çünki bizim aramızda, şəhərlərimiz arasında bir çox oxşarlıqlar vardır. Onlardan biri tarixi irsimizə, memarlığımıza, tarixi abidələrimizə çox diqqətli yanaşmadır.

Aramızda olan əməkdaşlıq və etimad səviyyəsi o qədər yüksəkdir ki, Azərbaycan və Bakının əsas rəmzi - məşhur Qız qalası hazırda avstriyalı mütəxəssislər tərəfindən bərpa edilir. Bakının bir çox yeni rəmzləri, gözəl binalar Avstriya şirkətləri tərəfindən layihələndirilir və tikilir.

Ümid edirəm ki, cənab mer, vaxtınız olanda Azərbaycana səfər etdikdə avstriyalı dostlarımızın layihələndirdiyi və tikdiyi bir çox gözəl binaları görəcəksiniz. Bu, əməkdaşlığımızın, qarşılıqlı inam və etimadın səviyyəsini artırır. Ölkələrimiz dost ölkələrdir və fikrimcə, azərbaycanlılar və avstriyalılar nə qədər çox bir-birini tanısalar, səfər etsələr, bir o qədər hamımız üçün yaxşı olar.

Mən dünən səfərimi milli himnimizin müəllifi, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin abidəsini ziyarət etməklə başlamaqdan olduqca məmnun qaldım. Onun abidəsi 2006-cı ildə Vyananın gözəl guşələrindən birində ucaldılmışdır. Onun məşhur əsəri Vyana teatrında səhnəyə qoyulmuşdur. İki il öncə Prezident Fişer Azərbaycana səfər etdikdə biz bir yerdə dahi bəstəkar Motsartın abidəsini Bakının gözəl meydanlarından birində açdıq. Bu, nəinki məşhur həmvətənlərimizin xatirəsinə olan ehtiramımızın, həmçinin dostluğumuzun, səmimi münasibətlərimizin və qarşılıqlı dəstəyin göstəricisidir.

Səfərim zamanı, əlbəttə, biz beynəlxalq səviyyədə olan əlaqələrimizi, ticari münasibətlərimizi müzakirə etdik və edəcəyik. Bu gün ölkəmizin potensialını təqdim edən biznes forum keçiriləcəkdir. Eyni zamanda, bu axşam biz Azərbaycanın Mədəniyyət Mərkəzini acacağıq. Bu, Azərbaycanın Avropada açılan ikinci mədəniyyət mərkəzi olacaqdır. Bu, Vyanada - dünya mədəniyyətinin paytaxtlarının birində açılır. Azərbaycan Mədəniyyət Mərkəzinin dünyanın ən gözəl şəhərlərinin birində açılmasının böyük rəmzi mənası vardır. Bu Mərkəz bir tərəfdən Azərbaycan mədəniyyətini Avstriyada təşviq edəcək, digər tərəfdən isə xalqlarımız və ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrini quran görüş yerinə çevriləcəkdir.

Mən belə bir möhtəşəm incəsənət abidəsini ziyarət etmək üçün verilmiş dəvətə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm və Vyananın bütün sakinlərinə rifah, sülh və tərəqqi arzulayıram. Çox sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Vyana şəhər meriyasının xatirə kitabını imzaladı.

Dövlət başçısına xatirə hədiyyəsi təqdim olundu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42