İlham Əliyev Hökməli qəsəbəsində “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən zavodların açılışında iştirak etmişdir

01 may 2013, 17:00
İlham Əliyev Hökməli qəsəbəsində “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən zavodların açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı zavodlarının açılışında iştirak etmişdir.

“AzFP CO LTD” MMC-nin sədri Manuçehr Əhədpur Xangah dövlətimizin başçısına məlumat verdi ki, 2006-cı ildən fəaliyyət göstərən şirkət tərəfindən Abşeron rayonunda yaradılan bu zavodlar və meyvə-tərəvəz soyuducu anbarları sahibkarlığın inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Müəssisələrdə 1500 nəfər işlə təmin olunmuşdur. Bu zavodların fəaliyyətə başlaması heyvandarlığın inkişafına müsbət təsir edəcəkdir. Zavodların yerləşdiyi ərazi ümumilikdə 8 hektardır. Müəssisələr ən son texnologiyalar əsasında yaradılmış, ərazidə geniş yaşıllıq işləri görülmüşdür.

Azərbaycan Prezidenti birdəfəlik plastik qablar, priforminqlər istehsalı zavodunu işə saldı.

Prezident İlham Əliyev zavodun istehsal prosesi ilə tanış oldu.

Bildirildi ki, zavodun tikintisinə 45 milyon manat vəsait sərf olunmuşdur. Müəssisənin gündəlik istehsal gücü 50 tondur.

Burada 150 növdən çox polistirol, polipropilen xammalından qida məhsulları üçün istehlak taraları və priforminqlər istehsal olunur. Hazırda zavodda ilk mərhələdə 200 nəfər çalışır. İstehsal prosesi tam kompyuterləşdirilmişdir. Bütün proses vahid mərkəzdən idarə olunur.

Dövlətimizin başçısı burada istehsal olunan hazır plastik qablara baxdı.

Qeyd olundu ki, artıq sifarişlərin qəbuluna da başlanılmışdır.

Prezident İlham Əliyev polistirol və polipropilen kisələr istehsalı zavodunun fəaliyyəti ilə tanış oldu.

Diqqətə çatdırıldı ki, bu müəssisənin yaradılmasına beş milyon manat investisiya qoyulmuşdur. Burada istehsal sahəsi iki hissədən ibarətdir. Birinci hissə yarımməmulat xəttindən, ikinci hissə isə məmulat xəttindən ibarətdir. Müəssisə gün ərzində 13 çeşiddə 125 min kisə istehsal etmək gücünə malikdir.

Sonra Prezident İlham Əliyev süd məhsulları və dondurma istehsalı zavoduna gəldi.

Bildirildi ki, “Milla” brendi altında fəaliyyət göstərən zavoda 49 milyon manat investisiya qoyulmuşdur. Bu istehsal müəssisəsi ən müasir standartlara cavab verir. Müəssisədəki texnoloji avadanlıq Avropadan dəvət olunan mütəxəssislər tərəfindən quraşdırılmışdır. Hazırda zavod yüksək keyfiyyətli “Milla” ticarət markası altında 56 növ süd məhsulları istehsal edir.

Azərbaycan Prezidenti südün emalı və qablaşdırılması prosesi ilə tanış oldu.

Bildirildi ki, burada ultra-yüksək temperaturda pasterizə edilmiş süd və süd məhsulları qablaşdırılır. “Milla” Azərbaycanda ilk dəfə laktozaya qarşı həssas insanlar üçün laktozasız süd istehsal edir. Zavodda, həmçinin müxtəlif çeşidli meyvəli yoğurt, dondurma, qatıq, xama, ayran, süzmə və qaymaq istehsal olunur. Zavodda ağartı məhsullarının tərkibinin və keyfiyyətinin standartlara uyğunluğunu müəyyənləşdirən müasir laboratoriya fəaliyyət göstərir.

Dövlətimizin başçısı süd və dondurma istehsalı zavodunda buraxılan məhsulların nümayiş etdirildiyi stendlə tanış oldu.

Məlumat verildi ki, müəssisənin gündəlik istehsal gücü 250 ton təşkil edir. Müəssisədə kəsmik, pendir, kərə yağı, qatıq və müxtəlif çeşidli digər məhsulların da istehsalı üçün hazırlıq işləri aparılır. Zavodun xammalla təmin edilməsi üçün müəssisənin nəzdində respublikanın ayrı-ayrı bölgələrində heyvandarlıq kompleksləri yaradılmışdır.

Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:18
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                      

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı...

11 mart 2025, 16:18
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:16
“Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21...

11 mart 2025, 16:16
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:14
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr...

11 mart 2025, 16:14
SƏNƏDLƏR Qanunlar 11 mart 2025
16:12
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti...

11 mart 2025, 16:12
SƏNƏDLƏR Fərmanlar 10 mart 2025
13:34
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

10 mart 2025, 13:34