İlham Əliyev Müstəqillik meydanı kompleksi ilə tanış olmuşdur

27 sentyabr 2010, 20:30
İlham Əliyev Müstəqillik meydanı kompleksi ilə tanış olmuşdur

Özbəkistanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov Daşkəndin mərkəzindəki Müstəqillik meydanı kompleksinə gəldilər.

Hərbi orkestrin ifasında səslənən musiqinin sədaları altında Prezident İlham Əliyev burada ucaldılmış “Müstəqillik və humanizm” abidəsinin önünə əklil qoydu.

Özbəkistan Prezidenti İslam Kərimov Müstəqillik meydanı kompleksi, həmçinin abidə haqqında məlumat verdi.

Bildirildi ki, 2005-ci ildə Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü ilə ucaldılan bu abidə Özbəkistanın azadlığının, müstəqilliyinin və gələcəyinin rəmzidir. Abidədə körpəsini qucağında tutmuş xoşbəxt ana təsvir olunmuşdur. Daşkənd sakinlərinin ən sevimli istirahət yerlərindən biri olan bu meydandakı abidəni əsasən yeni ailə qurmuş gənclər ziyarət edirlər.

Prezident İslam Kərimov kompleksə daxil olan digər abidələr haqqında da məlumat verərək dedi ki, hər il mayın 9-da paytaxt sakinləri buradakı “Kədərli ana” abidəsinin qarşısına gül-çiçək dəstələri düzürlər.

Prezident İlham Əliyevə Müstəqillik meydanı kompleksində görülən işlər barədə məlumat verildi.

 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 12 iyun 2025
16:57
Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...

12 iyun 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 iyun 2025
16:55
Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...

12 iyun 2025, 16:55
SƏNƏDLƏR Məktublar 12 iyun 2025
10:36
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına

Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...

12 iyun 2025, 10:36
SƏNƏDLƏR Fərmanlar 11 iyun 2025
15:42
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 iyun 2025, 15:42