11:10

Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Kür çayı sahilindəki istirahət kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Məlumat verildi ki, dövlətimizin başçısının tapşırığı ilə regionlarda parkların və turizm obyektlərinin əsaslı şəkildə yenidən qurulması və yeni məkanların salınması, sakinlərin və bölgələrə gələn qonaqların rahatlığı üçün müasir standartlara uyğun istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir.
Bildirildi ki, bu ərazidən əvvəllər də istirahət məkanı kimi istifadə olunmuşdur. Ancaq son zamanlarda bu istirahət mərkəzi tamamilə yararsız vəziyyətdə idi. Yeni yaradılan sahilyanı istirahət kompleksinin ərazisi 1,5 hektardır.
Yenidənqurma işlərinə bu ilin əvvəlində başlanmışdır. Burada həm şəhər sakinlərinin, həm də qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Kompleksdə ən müasir kölgəliklər quraşdırılmış, voleybol meydançası inşa olunmuşdur.
Uşaqların istirahəti də nəzərə alınmış, onlar üçün müxtəlif attraksionlar qoyulmuşdur.
Diqqətə çatdırıldı ki, suda həm böyüklər, həm də balacalar üçün xüsusi təhlükəsizlik zonaları yaradılmışdır. Kompleksdə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici qrupları fəaliyyət göstərir. Buraya gələn insanların avtomobilləri rahat saxlamaları üçün ayrıca dayanacaq da vardır. Müasir işıqlandırma sisteminin qurulduğu istirahət kompleksində geniş yaşıllıq işləri həyata keçirilmişdir. Yay mövsümü başlayanda burada insanlara çoxsaylı əyləncələr təqdim olunacaq və yüksək səviyyəli xidmət göstəriləcəkdir.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, gələcəkdə kompleksin ərazisində müasir iaşə obyektləri də inşa olunacaqdır.
Bununla da Kür sahilində yerləşən bu kompleks mingəçevirlilərin yay aylarında ən çox üz tutduqları məkana çevriləcəkdir.
Daha sonra Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunlarının alayı və Su Ehtiyatları Dövlət Agentliyinin idarəsi üçün binaların layihələrini əks etdirən stendlərə baxdı.
Dövlətimizin başçısı işlərin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57