İlham Əliyev Gilan Seramik Parkında seramik plitələr istehsalı zavodunun açılışında iştirak etmişdir

16 aprel 2013, 11:10
İlham Əliyev Gilan Seramik Parkında seramik plitələr istehsalı zavodunun açılışında iştirak etmişdir

Hacıqabula səfəri çərçivəsində Prezident İlham Əliyev Gilan Seramik Parkında seramik plitələr istehsalı zavodunun açılışında da iştirak etmişdir.

Məlumat verildi ki, bu zavod Cənubi və Şimali Qafqaz, həmçinin Mərkəzi Asiya ölkələri arasında yalnız Azərbaycandadır. Sahəsi 27 hektar olan müəssisənin inşasına 2009-cu ilin sonlarında başlanılmışdır. Zavodda bu sahədə dünyanın ən aparıcı şirkəti olan İtaliyanın “Sacmi” müəssisəsinin avadanlığı quraşdırılmışdır. Bu avadanlıq vasitəsilə beynəlxalq standartlar səviyyəsində məhsul əldə etmək mümkündür. Müəssisənin fəaliyyətə başlaması daxili bazarın həmin materiallara tələbatının ödənilməsində həlledici rol oynayacaqdır. Bununla yanaşı, gələcəkdə məhsulların xaricə ixracı da planlaşdırılır.

Yeni müəssisələrin yaradılması əhalinin məşğulluğunun artırılmasında da mühüm əhəmiyyət kəsb edir. Zavodda çalışanlara 100 və 150 yerlik iki yeməkxana xidmət göstərəcəkdir. Müəssisənin ərazisində inşa olunmuş dördmərtəbəli 80 yerlik müasir qonaq evində qonaqların və zavodda çalışanların istirahəti üçün hər cür şərait yaradılmışdır.

Müəssisənin inzibati bölməsində də işçilər üçün hərtərəfli şərait vardır. Bölmənin konfrans və toplantı zalları müasir səviyyədə qurulmuşdur. Burada müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaqdır. İkimərtəbəli sərgi salonunda zavodda istehsal olunan məhsullar nümayiş etdirilir. Bundan başqa, müəssisənin ərazisində hazır məhsullar və avadanlığın ehtiyat hissələri anbarları inşa olunmuş, nasosxana, qazanxana və transformator quraşdırılmışdır. Zavodun həyətində geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıqlar salınmış, idman meydançası yaradılmışdır.

Məlumat verildi ki, zavod 19,7 min kvadratmetr qapalı sahədən ibarətdir. Burada quraşdırılan müasir avadanlıqla rəqabətədavamlı məhsul istehsal ediləcəkdir.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Bildirildi ki, ümumilikdə müəssisənin yaradılmasına 40,2 milyon manat investisiya qoyulmuşdur. Avadanlığın alınması və tikintinin həyata keçirilməsi məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan beş milyon manat güzəştli kredit ayrılmışdır. İstehsal avadanlığı italiyalı mütəxəssislər tərəfindən quraşdırılmışdır. Müəssisənin illik xammal tələbatı 80 min ton təşkil edir. Bu tələbatın əsas hissəsi yerli xammal hesabına ödəniləcək, bəzi qatqı maddələr isə Türkiyə və Ukraynadan gətiriləcəkdir.

Zavodun xammal bazasının yaradılması məqsədi ilə aparılmış geoloji tədqiqatlar nəticəsində Abşeron və Gəncə-Qazax iqtisadi rayonları ərazisində kifayət qədər xammal yataqlarının mövcudluğu və həmin yataqlardan alınacaq xammal-materialların yüksək keyfiyyət göstəricilərinə malik olduğu müəyyən edilmişdir. Zavodda il ərzində 1 milyon 815 min kvadratmetr döşəmə plitə, 1 milyon 798 min kvadratmetr üzlük plitə və 165 min paqonnometr dekorativ plitə hazırlanacaqdır. Müəssisədə yaxın gələcəkdə tələbata uyğun olaraq bütün ölçülərdə plitə buraxılacaqdır.

Diqqətə çatdırıldı ki, müəssisənin işi tam avtomatlaşdırılmışdır. Zavodda 500-dən çox adam daimi iş yeri ilə təmin olunmuşdur. Müəssisədə üçnövbəli iş rejimi tətbiq edilməklə hər növbədə 94 nəfər işləyəcəkdir. Zavodun fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar gələcəkdə iş yerlərinin sayı daha da artırılacaqdır.

Müəssisə ilə tanış olan Prezident İlham Əliyevə Gilan Seramik Parkında inşa ediləcək daha bir istehsal sahəsi - yeni keramaqranit zavodu barədə məlumat verildi. Bildirildi ki, müəssisənin inşasından məqsəd istehsal olunan məhsulların çeşidinin və həcminin artırılmasıdır.

Prezident İlham Əliyev yeni zavodun təməlini qoydu.

Məlumat verildi ki, zavodun cənub hissəsində 15 hektar sahədə müxtəlif duş kabinələri, vannalar və digər sanitariya qovşağı avadanlığı istehsal edən müəssisənin tikintisi nəzərdə tutulmuşdur. Bu layihələrin həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayacaqdır.

Dövlətimizin başçısı daha sonra müəssisədə yaradılmış sərgi salonu ilə tanış oldu. Burada zavodda hazırda istehsal olunan və olunacaq məmulatların nümunələri sərgilənir. Bildirildi ki, bu məhsullar keyfiyyətinə görə dünya bazarında rəqabətə davamlılığı ilə seçiləcəkdir.

Prezident İlham Əliyev müəssisənin inzibati bölməsində də oldu. Burada işçilər üçün hərtərəfli şərait yaradılmışdır. Bölmənin konfrans və toplantı zalları müasir səviyyədə qurulmuşdur. İnzibati bölmədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafına verdikləri töhfələri əks etdirən fotolardan ibarət guşə yaradılmışdır.

Görülmüş işləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12