İlham Əliyev Özbəkistan senatının binası ilə tanış olmuşdur

27 sentyabr 2010, 20:20
İlham Əliyev Özbəkistan senatının binası ilə tanış olmuşdur

Prezidenti İlham Əliyev Özbəkistan parlamentinin yuxarı palatası – Senatın binası ilə tanış olmuşdur.

Özbəkistan dövlətinin başçısı İslam Kərimov Prezident İlham Əliyevə milli və müasir üslubları özündə birləşdirən bina haqqında məlumat verdi. Bina 3 il əvvəl inşa olunmuşdur. Özbəkistan parlamenti senatının 100 üzvü vardır. Ali Məclisin qəbul etdiyi qanunlar Senatda bəyənildikdən sonra təsdiqlənmək üçün ölkə başçısına göndərilir.

Prezident İlham Əliyev burada senatorlara yaradılan iş şəraiti ilə tanış oldu.