Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi olmuşdur

27 sentyabr 2010, 17:31
Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşu başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov Birgə Bəyannamə imzaladılar.

“Özbəkistan Respublikası Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası arasında aviasiya personalı şəhadətnamələrinin qarşılıqlı tanınması haqqında Saziş”i Özbəkistan Respublikası Uçuşların təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyinin rəisi Tolib Eqamberdiyev və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov imzaladılar.

“Özbəkistan Milli Teleradio Şirkəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş”i Özbəkistan Milli Teleradio Şirkətinin sədri Alişer Xocayev və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanov imzaladılar.

“Özbəkistan Rəssamlıq Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında Müqavilə”ni Özbəkistan Rəssamlıq Akademiyasınn sədri Tursunali Kuziyev və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.

“Özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş”i Özbəkistanın baş prokuroru Raşitjan Kodirov və Azərbaycanın baş prokuroru Zakir Qaralov imzaladılar.

“Özbəkistan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arasında 2010-2012-ci illərdə qarşılıqlı fəaliyyət haqqında Protokol”u Özbəkistanın daxili işlər naziri Baxodır Matlyubov və Azərbaycanın daxili işlər naziri Ramil Usubov imzaladılar.

“Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi arasında 2010-2012-ci illər üçün əməkdaşlıq Proqramı”nı Özbəkistanın xarici işlər naziri Vladimir Norov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.

“18 iyun 1997-ci ildə imzalanmış “Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının vizasız gəliş-gedişi haqqında Saziş”ə dəyişikliklər və əlavələr edilməsi haqqında Protokol”u Özbəkistanın xarici işlər naziri Vladimir Norov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.

“2011-2015-ci illər üzrə Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”i Özbəkistanın Baş nazirinin birinci müavini, maliyyə naziri Rüstəm Azimov və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzaladılar. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 12 iyun 2025
16:57
Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...

12 iyun 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 iyun 2025
16:55
Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...

12 iyun 2025, 16:55
SƏNƏDLƏR Məktublar 12 iyun 2025
10:36
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına

Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...

12 iyun 2025, 10:36
SƏNƏDLƏR Fərmanlar 11 iyun 2025
15:42
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 iyun 2025, 15:42