11:42

Özbəkistan Prezidentinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
İqamətgahın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti İslam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevi iqamətgahın önündə qarşıladı.
Prezidentlər iqamətgaha daxil olaraq, salonda dövlət bayraqları qarşısında xatirə şəkli çəkdirdilər.
Sonra dövlət başçıları iqamətgahın qarşısına gəldilər.
Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Prezidentlər hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident İslam Kərimov Özbəkistanın yüksək vəzifəli şəxslərini Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin üzvlərini Prezident İslam Kərimova təqdim etdi.
Prezident İslam Kərimov Özbəkistanda akkreditə olunan diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərlərini Prezident İlham Əliyevə təqdim etdi.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57