Azərbaycan və Monteneqro prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

13 mart 2013, 10:55
Azərbaycan və Monteneqro prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Prezident İlham Əliyev və Monteneqro Prezidenti Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident Filip Vuyanoviçin
bəyanatı

- Hörmətli Prezident Əliyev.

Hörmətli nazirlər, hörmətli nümayəndə heyətinin üzvləri!

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Monteneqroya rəsmi səfəri çərçivəsində Sizi, cənab Prezident və rəhbərlik etdiyiniz nümayəndə heyətinin üzvlərini burada görməkdən böyük şərəf hissi duyuram. Artıq bildirmişik ki, aramızda çox gözəl münasibətlər vardır. Coğrafi məsafə baxımından ölkələrimiz bir-birinə o qədər yaxın olmasalar da, ölkələrimiz yaxın dostdur və bu səbəbdən aramızda gözəl əlaqələr mövcuddur. Dövlətlərimiz arasında bu cür çoxşaxəli münasibətlərin olması iqtisadi sahədə də müəyyən nailiyyətlərin əldə olunması üçün şərait yaratmışdır və qarşılıqlı əməkdaşlıq üçün də imkanlar açmışdır. Qarşılıqlı sərmayə qoyuluşu prosesi də gedir. Bu məsələlər sırasında biz Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ölkəmizə yatırdığı sərmayələr xüsusi əhəmiyyət kəsb edir.

Məsələn, keçmişdə hərbi məqsədlər üçün istifadə olunan yerlər, kazarmalar hazırda müasir turizm infrastrukturuna çevrilmişdir. Biz, həmçinin Azərbaycanın Monteneqroda əlavə sərmayə qoymaq potensialını da müzakirə etdik. Bu məqsədlə bir çox sahələrə maraq göstərilir. Əməkdaşlıq və sərmayələr üçün xüsusilə maraqlı və cəlbedici sahələrə gəldikdə bu sahədə yol infrastrukturunun tikintisi, enerji sektoru və turizmi qeyd etmək olar. Biz dövlətlərarası əməkdaşlıq komissiyasının rolunu da xüsusi qeyd edirik ki, yeni sərmayə sahələrinin müəyyən edilməsində bu, vacib alətdir. Əlavə maraq olarsa bu, yeni müqavilələrin imzalanmasına imkan yaradacaq və iqtisadi sahədə qarşılıqlı əməkdaşlığı daha da genişləndirəcəkdir.

Monteneqro ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannaməni məmnunluqla Prezident Əliyevlə imzaladıq. Bu sənəd gələcək münasibətlərimizin əsasını təşkil edəcəkdir. Biz, həmçinin digər sazişləri də bu gün imzaladıq. Onlardan biri gəlir vergisi üzrə ikiqat vergitutmanın aradan qaldırılması haqqında razılaşmadır. Biz mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarını da müzakirə etdik. Bu sahələrdə də əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd etdik.

Mən Monteneqro xalqı adından Prezident Əliyevə, Azərbaycan dövlətinə və onun vətəndaşlarına Monteneqroya göstərdiyi yardıma görə dərin təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, bu yardım Bilo-Pole şəhərində uşaq bağçasının tikintisi üçün göstərilmişdir. Bu layihə Bilo-Pole üçün olduqca vacib layihə idi. Biz bu gün, həmçinin Azərbaycan tərəfinin yardımı ilə parkın salınması məsələsini müzakirə etdik və təqdimata baxdıq. Təqdimata baxdıqdan sonra belə bir qənaətə gəldik ki, bu parkın salınması əməkdaşlığımızı daha da genişləndirəcəkdir. Mən şəxsən cənab Prezident Əliyevə Monteneqro ilə bu cür gözəl dost münasibətlərinin sabit vəziyyətdə qalması və inkişaf etdirilməsində göstərdiyi səylərə görə dərin təşəkkürümü bildirirəm.

Prezident Əliyev ölkələrimiz arasında iqtisadi münasibətlərin daha da canlanması üçün çox fəal çalışıb və Azərbaycan sərmayədarlarının marağının təşviq olunması üçün böyük səylər göstərib. Bununla mən cənab Prezident Əliyevə dərin təşəkkürümü bildirirəm ki, məhz onun gərgin fəaliyyəti nəticəsində bizim birbaşa apardığımız iqtisadi əməkdaşlığımız, ikitərəfli münasibətlərimiz daha da inkişaf etmişdir.

Çox sağ olun.

Prezident İlham Əliyevin
bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizin gözəl ölkənizdə olmağımdan çox məmnunam. Sizi və bütün Monteneqro xalqını müstəqillik dövründə əldə etdiyi uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizin ölkəniz qısa müddət ərzində böyük uğurlara imza atıbdır. Hətta böhranlı illərdə Sizin iqtisadiyyatınız sabitlik nümayiş etdiribdir. İndi Monteneqronun beynəlxalq aləmdə çox böyük hörməti və nüfuzu vardır. Onu da qeyd etmək istəyirəm ki, Sizin ölkəniz Avratlantik strukturlara sürətlə inteqrasiya edir və bu da Sizin siyasətinizin uğurlarından biridir.

Mən çox şadam ki, Monteneqro-Azərbaycan əlaqələri də çox uğurla inkişaf edir. Sizin, cənab Prezident, iki il əvvəl Azərbaycana etdiyiniz rəsmi səfər bu əlaqələrə çox güclü təkan vermişdir. İki il ərzində nəinki yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər həyata keçirilmiş, eyni zamanda, biz iqtisadi sahədə böyük irəliləyişə nail ola bilmişik. Bu gün bizim iqtisadi əməkdaşlıqla bağlı mövqeyimiz yüz faiz üst-üstə düşür. Monteneqroda yaradılmış gözəl investisiya iqlimi Azərbaycan investorlarını da ruhlandırmışdır. Mən çox şadam ki, həm sosial sahə ilə bağlı, eyni zamanda, turizm infrastrukturunun yaradılması ilə əlaqədar Monteneqroya artıq Azərbaycan investisiyaları qoyulmağa başlayır. Ancaq mən hesab edirəm ki, bu, birinci addımlardır, böyük addımlardır, amma birinci addımlardır.

Bu gün əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə etdik və belə fikrə gəldik ki, biz Azərbaycan investisiyalarını Monteneqroya daha da böyük həcmdə qoymalıyıq və iqtisadi əməkdaşlığı dərinləşdirməliyik.

Bank sektoruna böyük maraq göstərilir və biz bu sahədə uğurlu əməkdaşlıq edə bilərik. Enerji sektorunda əməkdaşlıq üçün çox gözəl imkanlar vardır. Bu gün biz Azərbaycanın icra etdiyi böyük nəqliyyat layihələrini də müzakirə etdik. Xüsusilə enerji daşıyıcılarının Avropa qitəsinə çatdırılması ilə əlaqədar məsələlər müzakirə edildi və bu məsələlərlə bağlı Monteneqro-Azərbaycan əməkdaşlığı çox uğurlu ola bilər.

Sizin gözəl ölkəniz haqqında əvvəllər çox eşitmişəm. Bu gün isə özüm görürəm ki, doğrudan da, Sizin ölkəniz çox böyük və uğurlu yol keçmişdir. Bütün bu uğurlar münasibətilə Sizi bir dost kimi ürəkdən təbik edirəm.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35