İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdi

11 mart 2013, 23:50
İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdi

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir.

Dövlət başçıları ziyafətdə çıxış etmişlər.

Xorvatiya Prezidenti İvo Yosipoviçin
çıxışı

- Hörmətli Prezident Əliyev!

Azərbaycan Respublikasının hörmətli nümayəndələri!

Xanımlar və cənablar!

Sizi Zaqrebdə qonaq etməkdən məmnunluq hissi keçirirəm və Xorvatiyada hərarətlə salamlayıram.

Bu səfər Xorvatiya ilə Azərbaycan arasında daha yaxşı siyasi və iqtisadi əlaqələrə söykənən möhkəm dostluq tellərini gücləndirmək üçün növbəti imkandır. Bu, şübhəsiz ki, ölkələrimiz arasında qarşılıqlı anlaşma və dostluğa töhfəsini verəcəkdir. Vətəndaşlarımızın marağı hər zaman səylərimizin mərkəzində durur.

Biz Azərbaycanın möhtəşəm inkişaf və tərəqqisini böyük maraqla izləyirik. Azərbaycan bu əsrdə bir çox çətinliklərin öhdəsindən uğurla gələn zəngin və şanlı keçmişə malik ölkədir. Eyni zamanda, bütün milli məqsədlərinə çatmaq üçün güclü zəmin yaradan ölkədir.

Mənim Bakıya keçənilki səfərimlə bağlı gözəl xatirələrim vardır. Mən Azərbaycanın öz gələcəyini formalaşdırmaq istiqamətində göstərdiyi əsas səylərini görmək imkanı əldə etdim.

Mən, xüsusilə ölkələrimiz arasındakı əlaqələrdə davamlı inkişafı görməkdən məmnunam. Bu, gələcəkdə də ən yüksək səviyyəli müntəzəm görüşlərə ehtiyac olduğunu təsdiq edir. Həm Azərbaycan, həm də Xorvatiya hələ də əsas çətinliklərlə üzləşən regionların bir hissəsidir. Biz həm Qafqazda, həm də Cənubi-Şərqi Avropada sabit və təhlükəsiz mühitin olmasında çox maraqlıyıq. Buna görə də biz konstruktiv və açıq dialoqa sadiqik, eləcə də regional əməkdaşlığa səy göstərir və bu yanaşma ilə öz qonşuluğumuzun daha da sabitləşməsinə və inkişafına töhfə veririk.

Hörmətli prezident Əliyev, xanımlar və cənablar.

Avropa İttifaqına qəbul olmaqla Xorvatiya NATO-ya üzvlüyünün ardınca əsas milli maraqlarından sonuncusunu yerinə yetirmiş olacaqdır. Bu yeni mərhələ bizə, eləcə də tərəfdaşlarımıza və dostlarımıza öhdəsindən gəlməli olacağımız yeni çətinliklər və yeni imkanlar gətirəcəkdir. Mən səmimiyyətlə inanıram ki, Xorvatiya və Azərbaycan bu imkanları dəyərləndirəcək və qarşılıqlı olaraq daha zəngin və səmərəli əməkdaşlığı inkişaf etdirəcəkdir.

Sizin səfəriniz və ikitərəfli münasibətlərimizin intensivləşməsindəki davamlı yüksəliş mənim inamımın sübutudur. İki dövlət arasındakı əla siyasi əlaqələri iş adamlarımız, elm və mədəniyyət nümayəndələri, hər şeydən əvvəl vətəndaşlarımız arasında əməkdaşlığı təmin etməyi mümkün qədər tez və daha çox görmək istərdik.

Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı


- Hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

Cənab Prezident, ilk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Zəngin tarixi və mədəniyyəti, füsunkar təbiəti ilə seçilən dost ölkənizi ikinci dəfə ziyarət etməyimdən çox məmnunam.

Mənim Xorvatiya Respublikasına 2005-ci ildə etdiyim səfər yaxşı yadımdadır. Keçən müddət ərzində ölkənizin sosial, iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər əldə etməsi bizi sevindirir. Eyni zamanda, Sizin 2012-ci ildə Azərbaycana səfəriniz zamanı keçirdiyimiz görüşləri və apardığımız danışıqları da məmnuniyyətlə xatırlayıram. İnanıram ki, belə qarşılıqlı səfərlər ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına və münasibətlərimizin yeni müstəviyə yüksəlməsinə təkan verəcəkdir.

Biz Xorvatiya ilə əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində maraqlıyıq. Ölkələrimiz arasında gəmiqayırma, energetika, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı potensial mövcuddur. Əminəm ki, Sizinlə apardığımız danışıqlar, qarşılıqlı maraq doğuran məsələlər ətrafındakı fikir mübadiləsi, əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişafına zəmin yaradacaqdır.

Azərbaycan ilə Xorvatiya, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. BMT, ATƏT, Avropa Şurası çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur. Bu baxımdan tezliklə Avropa İttifaqına üzv olacağı gözlənilən Xorvatiya ilə münasibətlərimiz həm ikitərəfli, həm də regional çərçivədə mühüm əhəmiyyət kəsb edir.
Regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına da öz töhfəsini verir. Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasının tərəfdarıyıq və müxtəlif layihələr üzərində işləyirik. Artıq uğurla həyata keçirdiyimiz böyük layihələr Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Biz bundan sonra da bütün maraqlı tərəflərlə əməkdaşlıq etməyə hazırıq.

Azərbaycan regionda təhlükəsizlik, sabitlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün səylərini əsirgəmir. Lakin regionun ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident, Azərbaycanın və Xorvatiyanın müstəqil dövlətçilik tarixinə nəzər saldıqda xalqlarımız və ölkələrimiz arasında bir çox oxşarlıqların olduğunu görürük. Ölkələrimiz müxtəlif mədəniyyətlərin və dinlərin təmsilçilərinin dinc yanaşı yaşaması, tolerantlığı ilə seçilir. Dəniz sahilində və dağların əhatəsində yerləşən hər iki ölkə yay və qış turizmi üçün əlverişli məkandır. İqtisadiyyatın müxtəlif sahələrində də bir-birini tamamlaya biləcək potensial imkanlarımız mövcuddur. Fikrimcə, Azərbaycan və Xorvatiya Xəzər və Adriatik hövzəsi arasında birləşdirici körpü ola bilər.

Hörmətli cənab Prezident, Xorvatiyaya səfər etməyimdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:40
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının...

17 aprel 2025, 16:40