V.M.Məhərrəmovun Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

04 mart 2013, 19:10

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Vidadi Məhərrəm oğlu Məhərrəmov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2013-cü il.