04 mart 2013, 15:40

N.Mahmudovdan, Qax, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi və Azərbaycanda peşəkar Milli Teatrının yaradılmasının 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığınız sərəncamlar Qax Dövlət Kukla Teatrının kollektivi tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır. Son illər ərzində ölkəmizdə teatrın inkişafına göstərdiyiniz böyük diqqət və qayğı nəticəsində Azərbaycan teatrı böyük inkişaf yoluna qədəm qoymuşdur. Qax Dövlət Kukla Teatrı da son illərdə yüksək nailiyyətlər əldə etmiş, böyük uğurlar qazanmışdır. Sizə bu istiqamətdəki fəaliyyətinizdə möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

Mahmudov N.D, direktor. 

Azərbaycan Respublikası, Qax rayonu.