İlham Əliyev Qəbələ heyvandarlıq-südçülük kompleksinin açılışında iştirak etmişdir

28 fevral 2013, 15:20
İlham Əliyev Qəbələ heyvandarlıq-südçülük kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Qəbələyə səfəri çərçivəsində heyvandarlıq-südçülük kompleksinin açılışında iştirak etmişdir.

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ölkənin müxtəlif bölgələrində yeni istehsal sahələri istifadəyə verilir, rayon və kəndlərdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qəbələ heyvandarlıq-südçülük kompleksi də belə müəssisələrdən biridir. Müəssisənin ümumi dəyəri 12,9 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 3 milyon manat güzəştli kredit ayrılmışdır. Kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanmışdır. Bu ilin fevral ayında isə işlər tam başa çatdırılmışdır.

Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir. Müəssisə ABŞ-ın “BouMatic” şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inək tutumlu “Paralel” tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilmişdir. Hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 500 baş “Holstein Friesian” cinsindən olan inək gətirilmişdir. Hazırda sağmal heyvanların sayı 660 başa çatdırılmış, onlardan 150 bala alınmışdır. Gələcəkdə kompleksdə sağmal inəklərin sayının min başa çatdırılması nəzərdə tutulur.

Qeyd olundu ki, hər inəkdən bir ildə 8 min 500 litr, ümumi fermada isə gündəlik təqribən 15 ton süd sağımı proqnozlaşdırılır. İstehsal olunan süd Qəbələ süd emalı zavoduna göndərilir. Burada “Jalə” brendi ilə ağartı məhsulları istehsal olunur. Kompleks üçün Qəbələ rayonu ərazisində mövcud əkin sahələri hesabına yem təsərrüfatı yaradılmışdır.

Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. Bunun nəticəsində müəssisənin yemə olan tələbatı tam ödənilir.

Komplekslə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, layihənin icrası nəticəsində 95 nəfər iş yeri ilə təmin olunmuşdur. Tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə burada çalışan mütəxəssislərin bir hissəsi Hollandiyada xüsusi kurs keçmişdir.

Gələcəkdə təcrübələrinin artırılması üçün digər işçilərin də kurs və seminarlara göndərilməsi nəzərdə tutulur.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

X X X

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Qəbələnin Vəndam qəsəbəsində isə “Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi formalaşır. İyirmi hektar ərazidə inşa olunan kompleks iki inək və iki buzov fermalarından və doğuş zalından ibarətdir. Bu layihənin də inşasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 milyon manat güzəştli kredit verilmişdir. Kompleks Almaniyanın məşhur “Delovan”, “Qruber”, “Vestvalya”, “Dea” şirkətləri ilə sıx əməkdaşlıq şəraitində yaradılmışdır. Sağım sexi dünyanın ən mütərəqqi “Karusel” tipli avadanlığı, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilmişdir. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Kompleks üçün ilkin olaraq Almaniyadan 620 baş “Simmental” cinsindən olan südlük-ətlik istiqamətli cins düyələr alınmışdır. Mart ayında əlavə 160 baş heyvanın gətirilməsi təmin ediləcəkdir. Gətirilən heyvanlar artıq yerli iqlimə uyğunlaşmış və orta hesabla ildə 5000-6000 litr yüksək yağlılıq göstəricilərinə malik süd verəcəkdir.

Kompleksin yemlə təmin edilməsi məqsədi ilə rayonda 1554 hektar ərazisi olan yem təsərrüfatı yaradılmışdır. Artıq bu ərazilərdə müxtəlif yem bitkiləri əkilmişdir. Müəssisənin xüsusi yem sexi və 5 silos quyusu vardır. Bundan başqa, 200 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılmışdır. Görülən işlər hesabına kompleksin yem təchizatı tam təmin olunacaqdır. Əlavə olaraq 20 hektar alma bağı salınmış və burada hər hektarın məhsuldarlığının 30-40 tona çatacağı gözlənilir. Əkin-biçin işlərinin aparılması və əkin sahələrinə aqrotexniki qulluq göstərilməsi məqsədi ilə Avropanın lider şirkətlərindən 88 maşın və texnika alınmışdır. Həmin texnika 4 qarajdan ibarət avtoparkda saxlanılır. Tikintisi davam etdirilən ət emalı fabrikində heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasınadək bütün proseslər gigiyenik normalar gözlənilməklə həyata keçiriləcəkdir.

Prezident İlham Əliyevin heyvandarlığın inkişafının təmin edilməsi ilə bağlı verdiyi tapşırıqların icrası nəticəsində 2015-ci ilədək kompleksdəki inəklərin sayı 2400-ə, heyvanların ümumi sayı isə 4800-ə çatdırılacaqdır. Beləliklə, bu kompleks Avropanın ən nəhəng heyvandarlıq müəssisələrindən biri olacaqdır.

Burada çalışan aparıcı mütəxəssislər Hollandiyada və Almaniyada ixtisasartırma kursu keçmişlər. Hazırda kompleksdə 80 nəfər işlə təmin edilmişdir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42