İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir

28 fevral 2013, 12:20
İlham Əliyev  Qəbələ rayonuna səfərə gəlmişdir

Prezident İlham Əliyev təyyarə ilə Qəbələ rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır.

gallery-photogallery-photogallery-photogallery-photo