Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olmuşdur

08 fevral 2013, 16:40
Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olmuşdur

Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi olmuşdur.

“Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Serbiya Respublikasının xarici işlər naziri İvan Mrkiç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Serbiya Respublikasının xarici işlər naziri İvan Mrkiç imzaladılar.

gallery-photogallery-photo