16:38

Prezident İlham Əliyevin Davosda Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoru Cin Yonq Kay ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Maliyyə Korporasiya arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olundu. Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda həyata keçirilən layihələrdə investor kimi iştirak etməsi yüksək qiymətləndirildi.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışılan görüşdə Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə xüsusilə kənd təsərrüfatı və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıqda maraqlı olduğu bildirildi.
Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyası ilə Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirdi və əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57