İlham Əliyev Bakının Xətai rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olmuşdur

30 dekabr 2012, 15:00
İlham Əliyev Bakının Xətai rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Bakının Xətai rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda yaradılan şəraitlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, iki hektar ərazisi olan parkda hovuz inşa edilmişdir. Hovuzun mərkəzində Avstriya mütəxəssisləri tərəfindən qlobus formasında xüsusi sistem quraşdırılmışdır. Bu sistemə istənilən proqramı yükləmək mümkündür. Bu qurğu paytaxt haqqında məlumatları və müxtəlif reklam çarxlarını nümayiş etdirmək imkanına malikdir. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsindədir və gecə saatlarında bu istirahət guşəsinə xüsusi gözəllik verir. Parkın ərazisində çoxlu sayda ağac və gül kolları əkilmiş, yaşıllıq zolağı salınmış, paytaxt sakinlərinin istirahəti üçün lazımi şərait yaradılmışdır. Ətrafında da abadlıq işləri aparılmış parkın ərazisinə 10 min kvadratmetr qranit və xüsusi plitələr döşənmişdir.

Dövlətimizin başçısı parkda yaradılan şəraitlə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo