İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Zirvə” otelinin açılışında iştirak etmişdir

20 dekabr 2012, 22:15
İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Zirvə” otelinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusarda Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Zirvə” otelinin açılışında iştirak etmişlər.

Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisinə hazırlıq işlərinə 2006-cı ildən başlanmışdır. 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulmuşdur. Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikildiyi sahə ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Kompleksin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdə yerləşir. 2058 hektar ərazisi olan kompleks bütün il boyu fəaliyyət göstərəcəkdir. Bu layihənin reallaşdırılması ölkədə dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.

Qeyd edildi ki, Şahdağ qış-yay turizm kompleksi Azərbaycanın tarixində ilk dağ-xizək kurortudur. Kompleksin tikintisi çərçivəsində ərazidə yeni otellər şəbəkəsinin yaradılmasına xüsusi önəm verilmişdir. İnşası başa çatdırılan otellərdə yaradılan şərait təsdiqləyir ki, son illərdə ölkəmizdə həyata keçirilən ən böyük infrastruktur layihələrindən olan bu kompleksin dünya standartlarına uyğun hazırlanması diqqət mərkəzində saxlanılmışdır. Şahdağ qış-yay turizm kompleksinin inşası qeyri-neft sektorunun inkişafını prioritet elan edən Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, ölkəmizdə turizm sənayesinin inkişafına mühüm töhfə verməklə yanaşı, həm də Azərbaycanın tanıdılması, qədim tariximizin, mədəniyyətimizin və bənzərsiz təbiətimizin təbliği istiqamətində atılan mühüm addımlardan biridir. Bütün bu amillər Şahdağ qış-yay turizm kompleksinin dünya turizm sənayesində əhəmiyyətini daha da artırır.

Məlumat verildi ki, ikimərtəbəli “Zirvə” otelinin ərazisində xüsusi dizaynla abadlaşdırma işləri görülmüş, yaşıllıq zolağı salınmışdır.

Ərazinin planına baxan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, “Zirvə” oteli əsas lift bazasında yerləşir. Burada üçü VİP olmaqla, bütövlükdə 40 nömrə vardır.

Oteldə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, bütün nömrələrdə turistlərin istirahətinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılmışdır. Burada uşaqlar üçün ayrıca istirahət guşəsi də qurulmuşdur. Oteldə ofis otaqları ilə yanaşı, kafe, restoranlar, konfrans zalı, xizək məktəbi, tibb məntəqəsi, avtomobil dayanacağı və digər əyləncə obyektləri vardır.

Azərbaycan Prezidenti və xanımı otelin eyvanından ərazini seyr edərək görülən işlərlə tanış oldular.

Sonra otelin konfrans zalına gələn Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda burada kompleksdə çalışacaq heyətin hazırlanması üçün treninqlərə başlanmışdır. İndiyədək 160 yerli mütəxəssis kurslara cəlb olunmuşdur.

Dövlət başçısı treninq iştirakçıları ilə görüşərək dedi:

- Treninqdə iştirak edənlərin hamısı yerli gənclərdir, rayonun sakinləridir. Yaxşı öyrənin ki, yaxşı mütəxəssis olasınız və yaxşı xidmət göstərəsiniz, ümumiyyətlə işiniz yaxşı getsin.

VİP nömrədə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev daha sonra otelin tibb mərkəzinə gəldi. Bildirildi ki, burada əməliyyat, rentgen, stomatologiya bölmələri fəaliyyət göstərir. Ayrıca laboratoriya, terapevt və manipulyasiya otaqları da yaradılmışdır. Mərkəz müraciət edən turistlərə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün müasir avadanlıqla təchiz olunmuşdur.

Sonra Azərbaycan Prezidenti ərazidən lift bazanı seyr etdi. Bildirildi ki, bu baza kompleksə 2-3 günlük istirahətə gələn turistlər üçün nəzərdə tutulmuşdur. Bazada Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları və əylənmələri üçün hərtərəfli şərait yaradılmışdır.

Bildirildi ki, turistlərin xizək enişinə çatdırılmaları üçün kanat yolları inşa olunmuşdur. Kompleksdə süni qaryağdırma sistemi də yaradılmışdır. Bunun üçün bütün enişlərdə qar generatorları quraşdırılmışdır. Bazada xüsusi avadanlıqdan qarın bərkidilməsində və xizək trassının lazımi səviyyəyə çatdırılmasında istifadə olunacaqdır.

Diqqətə çatdırıldı ki, kompleksə daxil olan 2 nömrəli kanat yolu və xizək enişi 2011-ci ilin yanvarında iştifadəyə verilmişdir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva otelə gələn turistlər üçün xüsusi olaraq yaradılmış idman mağazasında oldular. Bildirildi ki, burada qış idman növləri ilə məşğul olmaq istəyən turistlərin maraqları nəzərə alınmışdır.

Mağazadakı malları həm icarəyə götürmək, həm də satın almaq mümkündür.

Dövlət başçısı oteldə yaradılmış şəraitdən razılığını bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12