İlham Əliyev Füzuli soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir

15 dekabr 2012, 17:40
İlham Əliyev Füzuli soyuducu anbar  kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Füzuli soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, kompleks Füzuli rayonunun Əhmədbəyli kəndində ən müasir standartlara cavab verən səviyyədə qurulmuşdur. Ümumi dəyəri 4,5 milyon manat olan kompleksin yaradılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3,2 milyon manat məbləğində güzəştli kredit verilmişdir. İki hektar ərazidə inşa olunmuş anbar kompleksinin ümumi tutumu 5 min tondur. Kompleksdə Almaniya, İtaliya və Finlandiyadan alınan, havalandırma, nəmləndirmə sistemləri və kompressorlar qurulmuş, çeşidləmə-qablaşdırma sexi yaradılmış və müasir avadanlıqla təchiz edilmişdir. Soyuducu anbar kompleksində əsasən Füzuli və ətraf rayonlarda məskunlaşmış məcburi köçkünlər tərəfindən istehsal edilən tərəvəz məhsullarının - kartof və soğanın saxlanılması nəzərdə tutulur.

Diqqətə çatdırıldı ki, hazırda soyuducu anbara iki min tondan artıq soğan və kartof vurulmuşdur, daha üç min ton məhsul tədarük olunacaqdır. Burada məhsullar müxtəlif çəkilərdə qablaşdırılır və birbaşa satış mərkəzlərinə göndərilir.

Bildirildi ki, kompleksin istifadəyə verilməsi bölgədə yaşayan əhalinin, o cümlədən məcburi köçkünlərin maddi rifahının daha da yaxşılaşmasına və regionda tərəvəz məhsullarının istehsalının artırılmasına şərait yaradacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Yuxarı Qarabağ iqtisadi rayonu üzrə sahibkarlara ödənilən güzəştli kreditlər barədə də məlumat verildi. Fondun icraçı direktoru Şirzad Abdullayev bildirdi ki, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 627 sahibkarlıq subyektinə 16,2 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 5 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,8 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 1600-dək yeni iş yerinin açılmasına imkan yaradacaqdır. Bundan başqa, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə Füzulidə Fondun vəsaitləri hesabına yeni texnologiyalara əsaslanan, illik istehsal gücü 2,1 min ton quş əti olan fabrikə 5 milyon manat, Ağdam rayonunda illik istehsal gücü 3,4 min ton süd və 115 ton ət olan müasir heyvandarlıq kompleksinə 1,1 milyon manat, Tərtər rayonunda soyuducu anbar kompleksinə 1,4 milyon manat, həmçinin ildə 320 ton üzüm istehsal etmək gücünə malik üzümçülük təsərrüfatına 113 min manat güzəştli kreditlər verilmişdir.

Prezident İlham Əliyevə yeni işə salınan “Qarabağ Broyler” fabriki barədə də məlumat verildi. Bildirildi ki, fabrik 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi ərazidə - Füzuli rayonunun Qarabağ kəndində yerləşən və yararsız vəziyyətdə olan heyvandarlıq kompleksinin bazasında yaradılmışdır. Bu layihənin də həyata keçirilməsində dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. Fabrikin ümumi dəyəri 7,2 milyon manatdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 5 milyon manat güzəştli kredit verilmişdir. Ümumi ərazisi 25 hektar olan fabrikdə 14 quş fermasında yenidənqurma işləri aparılmış, kəsim sexi, tutumu 150 ton olan soyuducu və şoklama kameraları inşa edilmişdir. Quşçuluq fabriki Türkiyədən gətirilən müasir yemləmə, havalandırma, kəsim, soyutma və şoklama avadanlığı ilə təchiz edilmişdir. Fabrikdə ildə 2,1 min ton müxtəlif çeşiddə quş əti məhsulları istehsalı nəzərdə tutulur. İstehsal olunan məhsullar bazara “Qarabağ Broyler” brendi ilə çıxarılacaqdır. Fabrikdə Füzuli və ətraf rayonlardan 120 nəfər məcburi köçkün yeni iş yeri ilə təmin olunmuşdur.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28