İlham Əliyev və Dmitri Medvedev xanımları ilə birlikdə “İçərişəhər” qoruğunda və Dənizkənarı Milli Parkda olmuşlar

03 sentyabr 2010, 18:33
İlham Əliyev və Dmitri Medvedev xanımları ilə birlikdə “İçərişəhər” qoruğunda və Dənizkənarı Milli Parkda olmuşlar

Prezident İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev xanımları ilə birlikdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmiş, Dənizkənarı Milli Parkda olmuşlar.

Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın Bakı ilə tanışlığı Filarmoniya bağından başladı. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əsaslı yenidənqurmadan sonra ötən il istifadəyə verilən bu bağın tarixi barədə Rusiyanın dövlət başçısına məlumat verdilər. Bildirildi ki, son illər Bakıda park və bağların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bundan əsas məqsəd insanların mənalı istirahətini təşkil etməkdir.

Daha sonra qonaqlar İçərişəhəri gəzintiyə çıxdılar. Bildirildi ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər dünya mədəni irsinin nadir abidələrindəndir. Azərbaycan tarixinin canlı əfsanəsi olan İçərişəhər memarlıq kompleksi dünyada misilsiz abidələrdən biridir. Burada aparılan arxeoloji qazıntılar zamanı milli dövlətçilik tarixinin açılmamış səhifələri öyrənilmiş, Böyük İpək yolunun üstündə yerləşən qədim Bakının strateji əhəmiyyətini təsdiq edən tarixi faktlar aşkar olunmuşdur. Elə buna görə də 1985-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan edilən İçərişəhər 2000-ci ildən YUNESKO-nun Dünya irs siyahısına daxil edilmişdir.

Rusiyanın dövlət başçısı və xanımı İçərişəhərdə milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq oldular.

İçərişəhərin ən mühüm tarixi tikililərindən olan Karvansara da qonaqlarda böyük maraq doğurdu. Qeyd olundu ki, qədim Şərq həyatının ən mühüm atributlarından olan karvansara bu gün təyinatı üzrə istifadə olunmasa da, ulu tariximizin bir parçası kimi buraya gələn qonaqlarda maraq doğurur.

Qonaqlar Şirvanşahlar sarayında da oldular. Qeyd edildi ki, Şirvanşahlar saray kompleksi XV əsrin əvvəllərində tikilmişdir. Kompleksə daxil olan abidələr İçərişəhərin ən yüksək yerində yerləşir. Qız qalası da sarayın yaxınlığındadır. Eradan əvvəl VII-VI əsrlərdə əsası qoyulan Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan Qız qalası silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri bir tikilidən ibarətdir. Məscid-mədrəsə və XII əsrə aid bazar da burada yerləşir. Burada o dövrə aid qəbir daşları və totemlər saxlanılır.

Rusiya Prezidenti burada şəkil çəkdi. Sonra birlikdə şəkil çəkdirildi.

Prezident Dmitri Medvedev və xanımı İçərişəhərdə nümayiş olunan milli sənətkarlıq nümunələrinə də baxdılar.

Rusiya dövlətinin başçısının diqqətinə çatdırıldı ki, İçərişəhər ərazisində Azərbaycan alimləri arxeoloji qazıntılar aparmış və Azərbaycan tarixinə dair bir çox qiymətli maddi-mədəniyyət nümunələri aşkar etmişlər. İndi Azərbaycan muzeylərinin ən qiymətli eksponatları olan bu tapıntılar tariximizin qədim dövrlərinin öyrənilməsi üçün geniş imkanlar açır.

Qonaqlar üzərində paytaxtımızın rəmzi olan qədim abidələrimizin əks olunduğu suvenirlərə də baxdılar.

Azərbaycan rəssamlarının çəkdiyi əsərlər də qonaqlarda maraq doğurdu. Rusiya Prezidenti və xanımı İçərişəhərdə yerləşən qalereyada qədim abidələrimizin əks olunduğu rəsm əsərlərinə tamaşa etdilər.

Qonaqlar çay süfrəsi arxasında İçərişəhərdən bəhs edən filmə baxdılar.

Rusiya Prezidentinə xatirə olaraq hədiyyə təqdim olundu.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Rusiya Prezidenti Dmitri Medvedev və xanımı Svetlana Medvedeva Dənizkənarı Milli Parkda gəzintiyə çıxdılar.

Bildirildi ki, son illər Bakıda aparılan yenidənqurma işləri Dənizkənarı Milli Parkda da geniş vüsət almışdır. Paytaxt sakinlərinin və Bakıya gələn qonaqların ən çox üz tutduğu məkanlardan biri olan bulvar son bir neçə ildə görkəmini tanınmaz dərəcədə dəyişmişdir. Yenidənqurma işləri zamanı milli üslubla beynəlxalq təcrübə peşəkarlıqla uzlaşdırılmışdır. Hazırda öz gözəlliyi ilə diqqəti çəkən Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi yaraşıq verir.

Azərbaycan paytaxtı ilə tanışlıq Rusiya dövlətinin başçısında və xanımında zəngin təəssürat doğurdu.

X X X

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycan

Respublikasına rəsmi səfəri sentyabrın 3-də başa çatmışdır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06