Gerb

05 noyabr 2012, 18:28

Xalqımızın ümid yeri, çox hörmətli və əziz Prezident! 

Yaşadığımız Pirbulaq kəndinin sakinləri rayonumuzda, eləcə də kəndlərimizdə aparılan böyük tikinti-quruculuq işlərinə baxıb sevinir və bu işlərin həyata keçirilməsi üçün verdiyiniz göstərişlərə və tövsiyələrə görə Sizə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər. 

Hörmətli Prezident, gədəbəyliləri, o cümlədən bizim Pirbulaq kəndinin sakinlərini sevindirən odur ki, uzun illərdən bəri həll olunmayan yol problemimiz və yığılıb qalmış digər məsələlər artıq öz həllini tapmaqdadır. Bu möhtəşəm işlərə görə nə qədər böyük sevinc və qürur hissi keçirdiyimizi sözlə ifadə etməkdə çətinlik çəkirik. Biz Sizdən çox razıyıq. Çünki Gədəbəy əhalisi daim Sizin qayğı və diqqətinizi hiss etmiş və etməkdədir. Sizin siyasətinizi dəstəklədiyimizi bir daha bəyan edir, ölkəmizin inkişafı naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayır və Ulu Tanrıdan Sizə möhkəm cansağlığı diləyirik. 

Hörmətlə, 

Gədəbəy rayonunun Pirbulaq kənd ağsaqqalları – 

Zeynalov Məmməd, Sadıqov Rüstəm, Mürsəlov Ələddin,
Əliyev Cəmil, Musayev Əli və başqaları.

Azərbaycan Respublikası, Gədəbəy rayonu.