İlham Əliyev əsaslı təmir olunan və yenidən qurulan Mədəniyyət Sarayının açılışında iştirak etmişdir

28 oktyabr 2012, 11:30

Prezident İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində əsaslı təmir olunan və yenidən qurulan Mədəniyyət Sarayının açılışında iştirak etmişdir.

Dövlət başçısı sarayın əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.

Məlumat verildi ki, ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına diqqət bu sahədə çalışan insanlara göstərilən qayğıda öz təzahürünü tapır. Bakı ilə yanaşı, bölgələrdə də mədəniyyət ocaqlarının əsaslı təmir olunması, müasir tipli yeni infrastrukturun yaradılması bu sahənin hərtərəfli inkişafına stimul verir. Beyləqanda əsaslı şəkildə yenidən qurulan və təmir olunan Mədəniyyət Sarayı onların sırasındadır. Təmir zamanı işlərin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.

Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətə və incəsənətə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.

Qeyd olundu ki, uzun müddət təmir edilmədiyindən bina yararsız vəziyyətə düşmüşdü. Mədəniyyət Sarayında əsaslı təmir və yenidənqurma işlərinə bu ilin aprelində başlanılmışdır. Sarayın inzibati binasının fasad hissəsi tamamilə yenilənmişdir. Zal, foye və otaqlar yenidən qurulmuş, giriş hissəsi müasir memarlıq üslubunda inşa edilmiş, işıqlandırma sistemi, zəruri inventar və avadanlıqla təchiz olunmuşdur.

Dövlət başçısı Mədəniyyət Sarayının foyesindəki fotoguşə ilə tanış oldu. Bu fotolarda ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi yüksək diqqət əksini tapmışdır. Mədəniyyət xadimləri bu gün də ən yüksək səviyyədə qayğı ilə əhatə olunmuşlar. Guşədə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Beyləqana səfərlərini əks etdirən fotolar böyük maraq doğurur.

Prezident İlham Əliyev Mədəniyyət Sarayının böyük zalı ilə tanış oldu. Bildirildi ki, 500 nəfərlik zalda müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradılmışdır. Akt zalında müasir işıqlandırma, akustika və istilik sistemi quraşdırılmışdır.

Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28