İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

27 oktyabr 2012, 17:30
İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Diqqətə çatdırıldı ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti bu gün Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən bu sahədə kompleks tədbirlər reallaşdırılır. 2005-2009-cu illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət Proqramının uğurlu icrası bu baxımdan çox mühüm rol oynamışdır. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” indiyədək həyata keçirilən işlərin davamlı xarakter daşıdığını göstərir.

Məlumat verildi ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə dövlət vəsaiti hesabına tikilən mərkəz Heydər Əliyev parkına bitişik ərazidə mövcud olan köhnə və yararsız ikimərtəbəli yaşayış binasının yerində inşa edilmişdir. Mərkəzin ikimərtəbəli binasının tikintisinə 2011-ci ildə başlanılmışdır. Ümumi sahəsi 2,5 min kvadratmetr olan Gənclər Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Saatlı rayonuna səfərlərini və respublikamızın müxtəlif bölgələrində gənclərlə keçirdikləri görüşləri əks etdirən fotoguşələr yaradılmışdır. Binanın birinci mərtəbəsində tikişçilik dərnəyi və kompyuter otaqları vardır. Burada gənclərin bilik və bacarıqlarının daha da artırılması üçün lazımi şərait mövcuddur. Mərkəzdə qurulan atıcılıq klubu müasir texniki avadanlıqla təchiz olunmuşdur. Həm tir tüfəngləri, həm də pnevmatik silahlar vasitəsilə gənclərə hədəfi düzgün nişan almaq və daha dəqiq olmaq üçün lazer texnologiyasından geniş istifadə imkanları yaradılmışdır. Xüsusi kompyuter qrafikası vasitəsilə müxtəlif ov səhnələrinin nümayişi də diqqət çəkən məqamlardandır. Burada musiqiyə marağı olan gənclər üçün karaoke otaqları da fəaliyyət göstərəcəkdir.

Gənclər Mərkəzinin binasının ikinci mərtəbəsində rəssamlıq dərnəyi və rəqs studiyası yaradılmışdır. Virtual rinq otağında isə gənclərin bilik və bacarıqlarının nümayişi üçün müasir kompyuter guşəsi qurulmuşdur. Mərkəzdə müasir üslubda kafe də fəaliyyət göstərəcəkdir. Konfrans və 200 nəfərlik iclas zallarında müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün də hər cür şərait vardır. Mərkəzə gələn gənclər elektron kitabxanada və linqvistika otağında informasiya-kommunikasiya texnologiyalarının ən son yenilikləri ilə tanış olacaqlar. Burada 3D formatlı filmlərin nümayişi üçün ayrıca kinozal da yaradılmışdır. Mərkəz Saatlı gənclərinin bilik və bacarıqlarının artırılmasında, onların asudə vaxtlarının daha səmərəli təşkilində mühüm rol oynayacaqdır.

Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28