İlham Əliyev Yevlax şəhər avtovağzal kompleksinin açılışında iştirak etmişdir

07 oktyabr 2012, 19:15
İlham Əliyev Yevlax şəhər avtovağzal kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Yevlax şəhər avtovağzal kompleksinin açılışında iştirak etmişdir.

Dövlət başçısı avtovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, son illərdə ölkənin nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərnişin daşımalarının beynəlxalq səviyyədə həyata keçirilməsi istiqamətində mühüm layihələr icra olunur. Bu sahədə nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda da müasir standartlara cavab verən avtovağzalların tikintisinə başlanılmışdır. Yevlax şəhərinin qədim İpək yolunun üzərində yerləşməsi, o cümlədən ölkənin qərb istiqamətindən gələn bütün avtomobil yollarının buradan keçməsi onun həm iqtisadi, həm də nəqliyyat baxımından əhəmiyyətini daha da artırır. Odur ki, burada yeni inşa olunan avtovağzal kompleksi bu tələbatın ödənilməsində mühüm rol oynayır.

Bildirildi ki, xüsusi dizaynla və bütün tələblər nəzərə alınmaqla tikilən bu kompleks həm yerli əhaliyə, həm də qonşu bölgələrin sakinlərinə rahat və keyfiyyətli xidmət göstərəcəkdir. Avtovağzalın ikimərtəbəli binasının inşasına 2010-cu ildə başlanılmışdır. Ümumi ərazisi 17,5 min kvadratmetr olan binanın tikinti sahəsi 558 kvadratmetrdir. Birinci mərtəbədə sərnişinlərin istirahəti və avtovağzal xidmətindən istifadə etmələri üçün hər cür şərait yaradılmışdır. Burada kassa, ana və uşaq otağı, gözləmə zalı vardır. Zalda sərnişinlərin istifadəsi üçün marşrut göstəricilərinin əks olunduğu elektron tablo asılmışdır. Konfrans zalında müxtəlif toplantıların keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Diqqətə çatdırıldı ki, gələcəkdə ölkənin bir çox regionlarına yeni marşrutların açılması nəzərdə tutulmuşdur. Yeni avtovağzal kompleksində yaradılan şərait buna hərtərəfli imkan verir.

Prezident İlham Əliyev yeni avtovağzal kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirdi, əhaliyə keyfiyyətli xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28