İlham Əliyev Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmişdir

07 oktyabr 2012, 18:40
İlham Əliyev Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yevlax şəhərində inşa olunmuş məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmişdir.

Mərkəzin kollektivi və rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, bu mərkəz Heydər Əliyev Fondunun “Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində inşa olunmuşdur. Bu gün Heydər Əliyev Fondu Azərbaycanda təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı istiqamətində həyata keçirdiyi layihələr bölgələrdə də uğurla icra olunur. Fondun “Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi” layihəsi Azərbaycanda bu qəbildən olan insanların İKT ilə bağlı ehtiyaclarını müəyyənləşdirməyi, bu kateqoriyadan olan uşaqlar üçün məktəb-internatda kitabxana və təlim mərkəzinin yaradılmasını, bununla da onların bu imkanlardan tam istifadəsinin təmin olunmasını, əlavə təlimlərin keçirilməsini, belə uşaqlar üçün məktəb-internatda model İKT sinfinin yaradılmasını nəzərdə tutur.

Vurğulandı ki, bu layihə 2006-cı ildə BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında imzalanan saziş çərçivəsində həyata keçirilir. Layihə üzrə İKT ehtiyaclarının qiymətləndirilməsi sahəsində beynəlxalq ekspert, İKT üzrə milli ekspert, təlim üzrə milli məşvərətçidən ibarət “Texniki ekspertlər qrupu” yaradılmış, Məşvərətçi Şura fəaliyyətə başlamışdır. İndiyədək layihə çərçivəsində iki bölgədə - Naxçıvanda və Gəncədə regional mərkəzlər yaradılmışdır.

Qeyd olundu ki, şəhərin Heydər Əliyev prospektində inşa edilən mərkəzin üçmərtəbəli binasında beş sinif, bir tədris, bir audio-studiya otağı, kitabxana və digər yardımçı otaqlar vardır. Artıq xaricdən gətirilən avadanlığın quraşdırıldığı model İKT sinifləri yaradılmış, kitabxana və təlim mərkəzləri fəaliyyətə başlamışdır. Bununla da kor və görmə qabiliyyəti zəif olan uşaqların “Brayl” şriftli kitablardan istifadə imkanlarının genişləndirilməsi istiqamətində ciddi addım atılmışdır. Bundan əlavə, gözdən əlil insanlar üçün audio kitabxana və tələb olunan bütün növ ədəbiyyatın audio formatda hazırlanması işi həyata keçirilmişdir. Hazırda bu proses davam edir. İnternetdə informasiyanın tapılması və əldə edilməsi məqsədi ilə kompyuter mərkəzi də istifadəyə verilmişdir. Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün təlim keçəcək müəllimlərin hazırlanması işi aparılmış, kompyuterlər üçün “Virqo” xüsusi proqram təminatı Azərbaycan dilinə tərcümə edilərək lokallaşdırılmışdır.

Bildirildi ki, kor və məhdud görmə qabiliyyətinə malik insanların İKT ehtiyaclarını müəyyən etmək üçün Azərbaycanın müxtəlif regionlarında 12 min respondent arasında sorğu aparılmış, “Rəqəmsal fərqin aradan qaldırılması üzrə Milli Strategiya” işlənib hazırlanmışdır. Xaricdən gətirilən avadanlıqla təchiz olunan mərkəzdə “Pronto”, “Brayl” printeri və digər zəruri avadanlıq quraşdırılmışdır.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev gözdən əlil insanlarla görüşdü.

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar ABDULLAYEV dedi:

- Cənab Prezident, bu, artıq üçüncü mərkəzdir. Belə mərkəz həm Naxçıvanda, həm Gəncədə vardır.

Prezident İlham ƏLİYEV: Mən Gəncədə də, Naxçıvanda da olmuşam. Yadımdadır, üçüncüdür.

Səmiyar ABDULLAYEV: Heydər Əliyev Fondu digər regionlarda da belə mərkəzlərin tikilməsi üçün artıq işlər görür, layihələr hazırdır. Ona görə Sizə, Mehriban xanıma öz adımdan, təmsil etdiyim icma adından bir daha dərin təşəkkürümü bildirirəm. Bir daha tam əminliklə deyə bilərəm ki, bu gün ölkəmizdə fiziki qüsurlu insanlara böyük qayğı və diqqət vardır. Bu qayğı nəinki postsovet məkanında, heç Avropanın bir çox inkişaf etmiş ölkələrində yoxdur. Bu cür mərkəzlərin xüsusilə də regionlarda açılması həmin regionlarda yaşayan əlillərə çox gözəl töhfədir. Bu mərkəzlər əlillərin fiziki imkanlarının genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnmələri üçün geniş imkanlar açır. Bu isə onların sevincinə səbəb olur.

Sizə bir daha dərin təşəkkürümüzü bildiririk. Sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun! Bu, bizim siyasətimizdir. Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək. Çox şadam ki, Heydər Əliyev Fondu da bu nəcib işdə fəal iştirak edir. Burada yüksək şərait yaradılmış, müasir avadanlıq quraşdırılmışdır. Bu, ən mütərəqqi yanaşmadır.

Səmiyar ABDULLAYEV: Burada çox müasir, ən yüksək texnologiyalara əsaslanan imkanlar yaradılıb.

Prezident İlham ƏLİYEV: Əlillərin normal həyata inteqrasiyası üçün Azərbaycanda çox böyük işlər görülür. Bir çox hallarda bizim təcrübəmiz başqa ölkələrdə öyrənilir. Əlbəttə, belə regional mərkəzlərin sayı çox olmalıdır. Bu mərkəz bir neçə rayona xidmət göstərir.

Səmiyar ABDULLAYEV: Bəli, digər regionlarda da belə mərkəzlərin yaradılması nəzərdə tutulub, şimalda, cənubda.

Prezident İlham ƏLİYEV: Bəli şimalda da, cənubda da mütləq olacaqdır.

Səmiyar ABDULLAYEV: Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə layihəsi əsasında digər bölgələrdə də bu cür mərkəzlərin açılması nəzərdə tutulub. Sağ olun.

Prezident İlham ƏLİYEV: Sizi təbrik edirəm. Sağ olun! 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28