Gerb

18 sentyabr 2012, 09:10

Hörmətli cənab Prezident!

Ramil Səfərovun şəxsiyyətinə toxunan, Azərbaycan Bayrağını yandıran və millətini təhqir edən bir erməninin cavabını verdiyinə görə onun həbsdə qalması məni və damarlarında azərbaycanlı qanı axan hər bir kəsi narahat edirdi. Ramil Səfərova verilən ağır cəzaya kədərlə, nifrətlə baxırdım. Lakin ürəyimizdə bir ümid işığı var idi. Çünki, türk dünyasında ikinci Atatürk sayılan Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin davamçısı cənab İlham Əliyevə arxalanırdıq. Siz Ramil Səfərovun azad edilməsinə nail oldunuz. Biz inanırıq ki, Qarabağ torpağı da tez bir zamanda işğaldan azad ediləcək, Vətən həsrətinə son qoyulacaqdır.

Prezidentimizə dərin təşəkkürümü bildirir, ailə üzvlərinə cansağlığı və xoşbəxtlik arzulayıram.

Səninlə fəxr edirəm, Azərbaycan!

Hörmət və ehtiramla,

Burcəliyeva Türkan Rafiq qızı, tələbə.

Azərbaycan Respublikası, Balakən rayonu, Qazma kəndi.