16:38

Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olmuşdur.
Sarayın qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Bu münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi bildirildi.
Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəal rolu və Fransanın ölkəmizə sərmayə qoymasının əhəmiyyəti vurğulandı, bu sahədə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirildi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, bu istiqamətdə atılmalı olan addımlar da müzakirə edildi.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57