18 sentyabr 2012, 16:40

Simarə İmanovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərimə verdiyiniz böyük qiymətə - məni “Azərbaycanın Xalq artisti” fəxri adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin mədəniyyət işçilərinə göstərdiyiniz diqqət və qayğını biz daim hiss edirik. Məhz bu qayğınızın nəticəsidir ki, bu gün Azərbaycan mədəniyyəti dünya mədəni irsinin incilərinə öz töhfəsini verməkdədir.

Heydər Əliyev Fondunun mədəniyyətimizin təbliği və inkişafı sahəsində gördüyü işlər isə hər bir mədəniyyət işçisinin qəlbini qürur hissi ilə doldurur. Bakıda tikilən Beynəlxalq Muğam Mərkəzi Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, muğam sənətinə bəxş etdiyi ən böyük töhfələrdəndir.

Dərin hörmətlə,

Simarə İmanova,

Xalq artisti,
Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi.

Azərbaycan Respublikası, Bakı şəhəri.