Gerb

17 sentyabr 2012, 09:00

Hörmətli Prezident, cənab Ali Baş Komandan! Bu məktubu bu gün də Sizin əsgəriniz olan keçmiş döyüşçü yazır. Məni bu məktubu yazmağa vadar edən bir məsələ oldu, o da Ramil Səfərova görə ölkəmizə olan beynəlxalq təzyiqlərdir. Çox təəssüf ki, onlar ermənilərin törətdikləri cinayətlərə göz yumur, ancaq Vətənini, Dövlət Bayrağının şərəfini qoruyan zabitimizi qınayırlar.

Cənab Ali Baş Komandan! Belə təzyiqlər Sizi haqq işimizdən çəkindirə bilməz. Təki Siz əmr edin, bizim kimi oğlanlar əmrinizlə düşməni əzməyə hazırıq. Xalq həmişə Sizinlədir.

Hörmətlə,

Sizin əsgəriniz – Gözəlov Firdovsi Fəyyaz oğlu.

Azərbaycan Respublikası, Baki şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsi 16a, mənzil 72.