Gerb

15 sentyabr 2012, 10:00

Hörmətli cənab Prezident!

Mən - Nəzərov Sərdar Şahməmməd oğlu Saatlı rayonundanam. Uzun illərdir ki, Rusiyanın Kislovodsk şəhərində böyük bir tikinti şirkətində inşaat mühəndisi vəzifəsində çalışıram. Ramil Səfərovun azad edilməsinə nail olduğunuza ğörə Sizə həm öz adımdan, həm də burada yaşayan və işləyən azərbaycanlılar və türk qardaşlarımız adından dərin minnətdarlığımızı bildiririk. Sizin kimi cəsarətli, sözü Avropada da çox kəsərli olan bir Prezidentimizin olmasından böyük fərəh hissi keçiririk. Harada yaşamağımızdan və işləməyimizdən asılı olmayaraq hər an ürəyimiz Azərbaycanla döyünür. Belə böyük bir sevinci xalqımıza yaşatdığınıza və düşmənlərimizə mənəvi zərbə vurduğunuza görə Allah Sizdən razı olsun. Həmişə Sizinləyik!

Böyük hörmət və ehtiramla,

Nəzərov Sərdar Şahməmməd oğlu.

Rusiya Federasiyası, Stavropol vilayəti, Kislovodsk şəhəri.